Qazıyeva Arzu Əliyar qızı (24 sentyabr 1966, Nuxa) — Azərbaycan jurnalisti, ssenari müəllifi, televiziya aparıcısı, tərcüməçi, redaktor.
Arzu Qazıyeva | |
---|---|
Arzu Əliyar qızı Qazıyeva-Əzimova | |
![]() | |
Doğum tarixi | 24 sentyabr 1966(1966-09-24) (58 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | Dilavər Əzimli |
Təhsili | |
Fəaliyyəti | jurnalist, ssenarist, televiziya aparıcısı |
24 sentyabr 1966-cı ildə Azərbaycanın Şəki şəhərində dövlət qulluqçusu ailəsində anadan olub. 1972-ci ildə Bakıda 3 saylı tam orta məktəbin birinci sinfinə gedib və 1982-ci ildə həmin məktəbi bitirib. Orta ümumtəhsil məktəbində oxuduğu illərdə paralel 21 saylı musiqi məktəbində də ibtidai musiqi təhsili alıb. Orta məktəbi bitirdiyi ildə 1982–1986-cı illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində fortepiano sinfi üzrə orta ixtisas musiqi təhsilinə yiyələnib. 1988–1994-cü illərdə M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilini davam etdirib. Əmək fəlaiyyətinə 1986-cı ildən başlayıb. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun nəşriyyatında redaktor, "İnşaatçı" qəzetində korrektor işləyib. 1991–2002-ci illərdə Azərbaycan Dövlət Televiziyasının "Xəbərlər" redaksiyasında siyasət şöbəsinin şərhçisi, 1991–1994-cü illərdə proqramın aparıcısı, 1999–2002-ci illərdə parlament müxbiri işləyib. 2002–2008-ci illərdə "Lider" televiziyasında tarixi, ictimai-siyasi sənədli filmlər müəllif layihəsi ilə fəaliyyət göstərib. 2008–2012-ci illərdə Milli Televiziya və Radio Şurasında ekspert qrupunun üzvü olub. 2012–2013-cü illərdə özəl "Çox yaşa" sağlamlıq jurnalının baş redaktoru olub. 2013–2014-cü illərdə "ANS" televiziyasında "Tezdən oyan" səhər proqramının baş redaktoru işləyib. 2014–2016-cı illərdə özəl prodüser mərkəzlərinin tele-radio layihələrində (Azad Azərbaycan TV, SPACE radio) redaktor, müəllif və aparıcı olub. 2017–2020-ci illərdə "Jurnalistikanın İnkişafına Yardım" İctimai Birliyinin fəaliyyəti çərçivəsində: vətənpərvərlik mövzusunda layihələrin müəllifi, ATV radioda yayımlanan "Müzakirə saatı" ictimai-siyasi proqramın müəllifi və aparıcısı olub.[1]
Hal-hazırda "Güney Azərbaycan" (GünAz TV) peyk televiziyasında fəaliyyət göstərir. "Müzakirə edirik" siyasi proqramın redaktoru və aparıcısı olub, "Jurnalistlər danışır" ictimai layihənin redaktoru və aparıcısıdır. "Jurnalistikanın İnkişafına Yardım" İctimai Birliyinin İdarə heyətinin sədridir, "AQAP" Prodüser Mərkəzinin təsisçisi və rəhbəridir.
Tarixçi-alim mərhum Dilavər Əzimlinin həyat yoldaşıdır. İki övladı var.
Filmoqrafiyasında 38 tammetrajlı sənədli, 1 qısametrajlı bədii filmi var.
"Mənə hörmət et, qardaş…" (Azərbaycanda müxtəlif dini konfessiyaların, məzhəblərin birgəyaşayışı)[16]
Arzu Qazıyevanın aparıcısı və redaktoru olduğu "Müzakirə edirik" siyasi proqramının bəzi buraxılışları:
Müəllifi və aparıcısı olduğu ATV radioda yayımlanan "Müzakirə saatı" ictimai-siyasi proqramının bəzi buraxılışları: