Asəf Zamanov (tam adı: Asəf Dağbəyi oğlu Zamanov; 10 may 1957, Şahbuz rayonu) — Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor, deformasiya olunan bərk cisim mexanikası sahəsində tanınmış mütəxəssis.
Asəf Zamanov | |
---|---|
Asəf Dağbəyi oğlu Zamanov | |
Doğum tarixi | (68 yaş) |
Doğum yeri | Şahbuz rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Atası | Dağbəyi Zamanov |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Bakı Dövlət Universiteti, Moskva Dövlət Universiteti |
Fəaliyyəti | Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və innovasiyalar üzrə prorektoru |
Tanınır | fizika-riyaziyyat elmləri doktoru, professor, mütəxəssis |
Mükafatları |
![]() |
Asəf Zamanov 10 may 1957-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuşdur. 1979-cu ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsini bitirmişdir. 1978–79-cu tədris ilində Moskva Dövlət Universitetinin hesablama riyaziyyatı və kibernetika fakültəsində təhsil almış, SSRİ Dövlət mükafatı laureatı, professor A. S. İlinskinin rəhbərliyi ilə diplom işini yerinə yetirmişdir. 1979-cu ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyətə başlamışdır.
1994-cü ilə qədər Riyaziyyat və Mexanika İnstitutunda kiçik elmi işçi, elmi işçi, aparıcı elmi işçi və baş elmi işçi vəzifələrində işləmişdir.
1994-cü ildən 1997-ci ilə qədər AMEA Rəyasət Heyətinin fizika-riyaziyyat və texnika elmləri bölməsinin elmi katibi vəzifəsində işləmişdir.
1997-ci ildən 2007-ci ilə qədər Təhsil Nazirliyinin Elm İdarəsinin rəisi vəzifəsində işləmişdir. Eyni zamanda, 2000–2001-ci illərdə Təhsil Problemləri İnstitutunun ilk direktoru vəzifəsində çalışmışdır.
2007–2016-cı illərdə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun (Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu) rektoru vəzifəsində çalışmışdır. Azərbaycanda Sosial iş ixtisası üzrə ilk dəfə 16 nəfər mütəxəssis professor Asəf Zamanovun rəhbərliyi ilə BPKİYİ-də hazırlanmışdır.
2015–2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun rektoru vəzifəsini icra etmişdir.
18 mart 2016-cı il tarixdən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və innovasiyalar üzrə prorektorudur.[1]
2014-cü ildən Bakı şəhər Binəqədi rayon Ziyalılar Cəmiyyətinin sədridir.
Ailəlidir, 4 övladı var.
110-dan çox elmi əsərin (30-dan çox məqalə SCI jurnallarda); 1 monoqrafiyanın ("Колебания пластин из композитного материала с искривленными структурами", Баку, Элм, 2011, 190 стр.); "Riyaziyyat" Texniki ali məktəblər üçün (Bakı, "Azərbaycan Nəşriyyatı", 2006,568 səh.) dərsliyinin və "Sosial işin əsasları" (Bakı, "Təhsil işçiləri mətbəəsi" MMC, 2015, 452 səh.) dərsliyinin, həmçinin 5 dərs vəsaitinin və s. müəllifidir. Əsərlərinin xeyli hissəsi nüfuzlu beynəlxalq elmi jurnallarında çap olunmuşdur. Rusiyada, Ukraynada, Özbəkistanda, Latviyada, Almaniyada, Fransada, ABŞ-da, İtaliyada, İsveçdə, İspaniyada, Cənubi Koreyada, Sinqapurda, Türkiyədə, İranda, Gürcüstanda elm və təhsil sahəsində keçirilən beynəlxalq konfranslarda, simpoziumlarda elmi məruzələrlə çıxış etmiş, konfransların elmi bölmələrinə rəhbərlik etmişdir. Elmi rəhbərliyi ilə 9 fəlsəfə doktorluğu dissertasiyası hazırlanmış və müdafiə edilmişdir. Bir neçə monoqrafiya, dərslik və dərs vəsaitlərinin elmi redaktoru, dissertasiya işlərinin isə opponenti olmuşdur.