Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Məmmədov Asif Millət oğlu (Asif Mərzili; 1960, Mərzili, Ağdam rayonu) – publisist, yazıçı.
Asif Mərzili | |
---|---|
Doğum tarixi | 1960 |
Doğum yeri | |
Fəaliyyəti | jurnalist |
Asif Mərzili 1960-cı ildə Ağdam rayonunun Mərzili kəndində anadan olub. 1977-ci ildə Mərzili kənd orta məktəbini bitirib, 1978-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının mühəndis-iqtisad fakültəsinin axşam şöbəsinə qəbul olunub. 1979–1981-ci illərdə Pribaltikada hərbi xidmətini başa vurub. 1983-cü ildə Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu, 1988-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirb. 1984-cü ildə Neft Kimya Sənayesi Nazirliynin 6-saylı TTI-nin plan şöbəsinin rəisi təyin edilib, 1989-cu ildə nazirliyin "Böyük kimya uğrunda" çoxtirajlı qəzetinin baş redaktoru təyin edilib.
1982–1988-ci illər ərzində Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin ştatdankənar müxbiri olub.
1990-cı ildə Azərbaycan Nazirlər Sovetinin orqanı "Respublika" qəzetinə köçürmə yolu ilə müxbir təyin olunub.
1991-ci ildə köçürmə yolu ilə Milli Məclisin orqanı "Həyat" (indiki "Azərbaycan") qəzetinə parlament müxbiri təyin edilib.
1992-ci ildə "Ədalət" qəzetinə baş redaktorun 1 müavini təyin olunub. 1993-cü ildən həm də "Təzadlar" qəzetinin baş redaktorudur.
Eləcə də YouTube üzərindən yayımlanan KontrastTV-nin rəhbəridir.
1991-ci ildə Məşhəd torpağını ziyarət edib.
İki övladı var.
"Biz əyilmədik", "Yerin görünəcək", "Mərzili və Mərzililər" (Ənvər Çingizoğlu və Asif Mərzili),"Qalxın, jurnalist gəlir!" (2011), "Təzadlar"(2013) “Biz əyilmədik”, “Əfsanəvi kəşfiyyatçı Orxan Əkbərov” kitablarının, ötən il isə Dövlət Mükafatları siyahısına salınmış “Sonuncu əmr” romanının müəllifidir, 10-a yaxın kitabın isə rеdaktоrudur.kitablarının müəllifi, 10-a yaxın kitabın isə redaktorudur. "Ədəbiyyat" qəzetində çoxsaylı hekayələri çap olunub. Ötən il "Ədibin evi" almanaxında çap olunmuş "Borc dəftəri" hekayəsi xüsusi mükafata layiq görülüb.