. Love.az

Aslan Ismayilov Huquqsunas - Wikipedia - Love.az

Ana Səhifə - Aslan Ismayilov Huquqsunas
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Aslan İsmayılov (dəqiqləşdirmə).

Aslan Ziyəddin oğlu İsmayılov (20 fevral 1958, Qardabani) — azərbaycanlı hüquqşünas.

Aslan İsmayılov
Doğum tarixi 20 fevral 1958(1958-02-20) (67 yaş)
Doğum yeri
  • Qardabani, Qardabani rayonu, Gürcüstan SSR, SSRİ
Təhsili
  • Kuban Dövlət Universiteti[d] (–1983)
Fəaliyyəti hüquqşünas, müəllif
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı və fəaliyyəti
    • 1.1 Ailəsi
  • 2 Kitabları
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı və fəaliyyəti

redaktə

Aslan İsmayılov 1958-ci ildə Qardabanidə anadan olub.[1] 1975–1977-ci illərdə Krasnodar şəhərinin kompressor zavodunda tornaçı (tokar) işləyib.

1983-cü ildə Rusiya Federasiyasının Kuban Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə ilə bitirib.

1983–1986-cı illərdə RF-ın Stavropol diyarının Neftekumsk şəhərində xalq hakimi əvəzi, Andropov rayon xalq məhkəməsinin hakimi vəzifələrində işləyib.

1986–1989-cu illərdə Stavropol diyarının Zelençuk rayon xalq məhkəməsinin sədri olub. 1989–1993-cü illərdə Azərbaycan Respublikası Prokurorluğunda məhkəmələrə nəzarət şöbəsinin prokuroru, 1993–1994-cü illərdə isə AR Prezidenti Aparatının dövlət-hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

1996–2002-ci illərdə Budapeşt, Varşava, Haaqa, Strasburq və digər şəhərlərdə insan haqları ilə bağlı təşkil olunmuş tədris kurslarında təhsil alıb. 1996-cı ildə Viza hüquq firmasını, 2006-cı ildə Aslan İsmayılov və Partnyorları vəkil bürosunu təsis edib.

1996-cı ildən BMT-nın Nyu-York, Cenevrə, ATƏT-in Vyana, Varşava, Avropa Şurasının Strasburq ofislərində çoxsaylı tədbirlərdə iştirak edib. ABŞ-nin Kolumbiya, Pitsburq, Fordom universitetlərində, Korneqi fondu, Sülh və Demokratiya institutunda, Azadlıq radiosunun Vaşinqton ofisində və digər çoxsaylı tədbirlərdə çıxış edib və mətbuat konfransları keçirib.

Sumqayıt — SSRİ-nin süqutunun başlanğıcı kitabının müəllifidir. Aslan İsmayılov Azərbaycan SSR Ali Məhkəməsinin 1989-cu ildə Bakıda keçirilmiş iclasında dövlət ittihamını müdafiə edən prokuror olarkən məhkəmə prosesində şahidi olduğu prosesləri "Sumqayıt — SSRİ-nin süqutunun başlanğıcı" kitabında əks etdirib. Kitabda bu hadisələrlə bağlı bir sıra qaranlıq məsələlərə aydınlıq gətirilir.

4 may 2010-cu ildən fəlsəfə üzrə fəlsəfə doktorudur.

Ailəsi

redaktə

Ailəlidir, 3 övladı var.

Kitabları

redaktə
  • Sumqayıt-SSRİ-nin süqutunun başlanğıcı, Bakı, Çaşıoğlu, 2010.

İstinadlar

redaktə
  1. ↑ "Müəllif". Sumgayit1988.com (az.). 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-28.

Xarici keçidlər

redaktə
  Vikianbarda Aslan İsmayılov ilə əlaqəli mediafayllar var.
  • https://www.youtube.com/watch?v=QamCWcMFXM4
  • Aslan İsmayılovun Facebook səhifəsi
  • Sumqayıt — SSRİ-nin süqutunun başlanğıcı kitabının rəsmi saytı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aslan_İsmayılov&oldid=7131309"
LOVE.AZ