Aslan Məmməd oğlu Abbasov (11 mart 1950, Kirovabad – 11 iyun 2021, Bakı) — azərbaycanlı kimyagər alim və siyasətçi, Azərbaycan SSR Ali Sovetinin XII, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı,[1] İnsan Hüquqları Daimi Komissiyasının Sədr müavini (1995–2000), Azərbaycan Texnologiya Universitetinin Prorektoru (2016–2019), Yeni Azərbaycan Partiyası Səbail Rayonu Təşkilatının Siyasi Şurasının üzvü (1996–2021).
Aslan Abbasov | |
---|---|
24 noyabr 1995 – 30 noyabr 2000 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 mart 1950(1950-03-11) |
Doğum yeri | |
Vəfat tarixi | 11 iyun 2021(2021-06-11) (71 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | alim, siyasətçi |
Uşaqları |
|
|
|
Təltifləri |
![]() |
Aslan Məmməd oğlu Abbasov 1950-ci il martın 11-də Gəncə şəhərində doğulmuşdur. 1967–1972-ci illərdə Azərbaycan Neft Kimya İnstitutunun Kimya Texnologiya fakültəsində "Kimya mühəndisliyi" ixtisası üzrə ali təhsil almışdır. 1985-ci ildə Azərbaycan Elmi Tədqiqat Olefin İnstitutunda kimya elmləri namizədi elmi dərəcəsi almışdır. 11 iyun 2021-ci ildə Bakı şəhərində vəfat etmiş və doğma Gəncə şəhərində ailə məzarlığında dəfn edilmişdir.[2]
Ailəlidir, 3 övladı var.
80-dən artıq məqalənin, 5 müəlliflik şəhadətnaməsinin müəllifidir.