Asop (q.yun. Ἀσωπὸς) — qədim yunan mifologiyasında çay tanrısı.[2] Asop adlanan çaylardan ən böyük və ən məşhur ikisi Sikion və Beotiya mifologiyada öz yerini tapmışdır. Odur ki, mifoloji əfsanələrdə bu iki çay tez-tez qarışdırılır.[3]
Asop | |
---|---|
Cinsi | kişi[d] |
Atası | Okean[1] |
Anası | Tefida[1] və ya Evrinoma |
Uşaqları |
Zevs qızını qaçıranda Asop onu təqib etmiş, lakin Zevs onu perunla vurmuşdu. Buna görə də Asop çayında kömürlər var.[4] Qartal şəklini alan Zevsə məğlub olmuşdur.[5] Fliuntluların və sikionluların miflərinə görə, Milet yaxınlığında dənizə axan Meandr çayı Peloponnesə çatır və Asopu formalaşdırır.[6] İvikin məlumatına görə, Sikiondakı Asop Frigiyadan axır.[7] Onu buğaya bənzədirlər.[8]