. Love.az

Astanli Neftcala - Wikipedia - Love.az

Ana Səhifə - Astanli Neftcala
Bu adın digər istifadə formaları üçün bax: Astanlı.

Astanlı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 965 nəfərdir (2009).[mənbə göstərilməlidir]

Astanlı
39°26′ şm. e. 49°04′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Neftçala rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 965 (2009) nəfər
Xəritəni göstər/gizlə
Astanlı xəritədə
Astanlı
Astanlı

Tarixi

redaktə

Neftçala rayonunun Aşağı Qaramanlı inzibati ərazi vahidində kənd. Kür çayının sahilində, düzənlikdədir. Mənbələrin verdiyi məlumata görə, kənd keçmişdə Xançobanlı, Əli Sultanlı da adlanmışdır. Əli Sultan xancobam tayfasına mənsub aslanlı tirəsinin başçısının adıdır. Tədqiqatçılar bu oykonimləri dialekt variantında rəsmiləşdirilmiş (astanlı) aslanlı etnonimi ilə əlaqələndirirlər. Astan sözünu toponimistlər cox vaxt Şəxs adı hesab edirlər. Əslində bu oykonimlərdəki astan komponenti Azərbaycan xalq dilində "çay yatağında sualtı Hündürlüyüdur yer, sualtı donqar" mənasında işlənir. Çay kənarında yerləşən hər iki obyektin coğrafi mövqeyi sözün mənasına uyğundur. As sözünun də bir cox türk dillərində "çay, böyük çay, böyük çay qolu" mənalarında işlənməsi məlumdur.[1]

Din

redaktə

Kənddə "Sahibəz-Zaman" məscidi dini icması fəaliyyət göstərir.[2]

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  2. ↑ MÜSƏLMAN DİNİ İCMALAR — 2015-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az  (az.)
Neftçala rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Astanlı_(Neftçala)&oldid=8046651"
LOVE.AZ