. Love.az

Astrabad Korfezi - Wikipedia - Love.az

Ana Səhifə - Astrabad Korfezi

Astrabad körfəzi — Xəzər dənizinin İran sahillərində yerləşən körfəz. Körfəz dənizdən Mianqala yarımadası vastəsi ilə ayrılır. Laqunun uzunluğu 60 km, orta eni 7, maksimal isə 11 km təşkil edir. Orta dərinlik 4 m metrdir. Körfəzi dənizlə eyni adlı boğaz birləşdirir. Onun eni 3 km təşkil edir[1]. Onun cənubu düzən və hamardır, şimal sahilləri isə qumluluqlardır. Şimal-şərqində Aşur adası yerləşir. Balıqçılıq inşaf etmişdir. Hazırda sahillərində Bender-Türkmən stansiyası və limanı (əvvəllər Bəndər-Şah) yerləşir. Körfəzin cənub sahilində isə Bəndər Gəz şəhəri yerləşir.

Astrabad körfəzi
Ümumi məlumatlar
Tip Körfəz
Dərin yeri 4 m
Yerləşməsi
36°54′15″ şm. e. 53°55′00″ ş. u.HGYO
Ölkə  İran
Akvatoriyası
  • Xəzər dənizi
Astrabad körfəzi xəritədə
Astrabad körfəzi
Astrabad körfəzi
Astrabad körfəzi (İran)
Astrabad
körfəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1668-ci ildə Stepan Razin Mianqala yarımadasında torpaq və taxtadan divar tikməsini əmr etmişdir. 1669-cu ildə rusların bölgəni tərk etməsi ilə farslar istinadgahı “Orus-qala” olaraq adlandırdılar.

I Pyotrın Xəzər sahili ərazilərə yürüşü zamanı Astrabad vilayəti 1723-cü il traktadı ilə Rusiya imperiyasına güzəştə gedilmişdir. Ancaq bununla belə rus ordusu bölgəyə çıxarılmamışdır. 1732-ci ildə imzalıanmış Rəşt müqaviləsinə əsasən bölgə Səfəvilərə qaytarılmışdır[2].

26 iyul 1781-ci ildə Marko Voynoviçin rəhbərlik etdiyi eskadra Astrabad körfəzinə daxil olmuşdur. Voynoviçin əsgərləri 1781-ci ilin sentyabrında Stepan Razinin inşa etdirdiyi istinadgahdan bir qədər aralıda limanın inşasına başlayırlar. Ancaq Voynoviç Ağa Məhəmməd şah Qacara əsir düşür. Astrabad faktoriyası ruslar tərəfindən 1782-ci ildə Aşur adasında təşkil edilmişdir.

İstinadlar

redaktə
  1. ↑ "Yandeks. Xəritələr". 2016-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-16.
  2. ↑ "Фактория в Астрабаде (из книги «Воин под Андреевским флагом»)". 2016-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-16.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Astrabad_körfəzi&oldid=6627613"
LOVE.AZ