. Love.az

Asya Atakisiyeva - Wikipedia - Love.az

Ana Səhifə - Asya Atakisiyeva
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Atakişiyeva Asya Çingiz qızı (4 fevral 1985, Bakı) — Azərbaycan aktrisası.

Asya Atakişiyeva
Atakişiyeva Asya Çingiz qızı
Doğum tarixi 4 fevral 1985(1985-02-04) (40 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Fəaliyyəti aktrisa
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Mündəricat

  • 1 Həyatı
  • 2 Yaradıcılığı
    • 2.1 Əsas rolları
  • 3 Mükafatları
  • 4 Filmoqrafiya
  • 5 İstinadlar

Həyatı

redaktə

Asya Çingiz qızı Atakişiyeva Bakı şəhərində doğulub. 7 nömrəli orta məktəbi bitirmiş, 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr kollektivinin rejissoru" fakültəsini bitirib. 2008-ci ildə "Rejissorluq" fakültəsinin magistraturasına daxil olub. 2004-cü ildən Azərbaycan Dövlət Gənclər teatrında aktrisa vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Universitetdə Naibə Rəcəbovadan dərs alıb, 4-cü kursda oxuyanda Hüseynağa müəllimin yanına gəlib ki, orada işləmək istəyir. Rejissorluq üçün müraciət etsə də, aktrisa kimi işə qəbul olunub.

Hüseynağa Atakişiyevin qardaşı qızıdır.

Yaradıcılığı

redaktə

İlk baş rolu Kamal Abdullanın "Kim deyir ki, Simurq quşu yox imiş" tamaşasında olmuşdur. Gənclər teatrı Gənc Tamaşaçılar Teatrına birləşdiriləndən sonra burda əsasən uşaq tamaşalarında oynayıb, əsasən də Nicat Kazımovun tamaşalarında.

İkinci baş rolu isə "Yatmış gözəl" tamaşasında olub. Bu tamaşadan sonra rejissorların gözünə çarpmışdır. Ardınca "Mənim ağ göyərçinim"də Turan, "Mən səni sevirəm"də Nazını oynamış, "Göyçək Fatma" da həmin vaxtların tamaşasıdır.

Əsas rolları

redaktə
  • Gözəl qız — ("Kim dedi ki, simurq quşu var imiş", K. Abdulla)
  • M. F. Axundov — ("Mürafiə vəkilləri", Jaklin)
  • Xidmətçi — ("Əbləhlərin toyu", R. Əlizadə)
  • Ölüm mələyi — ("Bir az gəlirmisiz", Ə. Nesin)
  • Feodora — ("Sara xatun", N. Saraclı)
  • Cücə, Leyləyin balası — ("Tülkünün uçuşu", A. Şaiq)
  • Şəngülüm — ("Şəngülüm, Şüngülüm, Məngülüm")
  • Dovşan — ("Müqəvva", Nağıl)
  • Oğlanın nişanlısı- ("Pasport", R. Abdullayev)
  • Qonaq, xidmətçi — ("Ər və arvad", Ü. Hacıbəyov)
  • Tıq-tıq xanım – ("Nağıl-tamaşa")
  • Bala pişik – ("Pişiyin evi", S. Marşak)
  • Ağ boyun – (Çəkməli pişik" Ş. Perro)
  • Müştəri – ("Aydın", C. Cabbarlı)
  • Nina – ("Şeyx Sənan", H. Cavid)
  • Pərzad – ("Hekayəti xırs quldurbasan" M. F. Axundzadə)
  • Gülsüm – ("Məkkəyə gedən yol" C. Məmmədquluzadə)
  • Kamilla – ("Viktoriya" K. Hamsun)
  • Əks- səda – ("Ələddinin sehrli çırağı" Ərəb xalq nağılı)
  • Luiza – ("Şelkunçik", E. T. A. Hofman)
  • Yatmış gözəl – ("Yatmış gözəl" B. Marvin)
  • Şarlot – ("Oliver Tvistin macəraları" Ç. Dikkens)
  • Turan – ("Mənim ağ göyərçinim" T. Vəliyeva)
  • Göyçək Fatma – ("Göyçək Fatma" Azərbaycan xalq nağılı)
  • Nazı – ("Mən səni sevirəm – M. S. S" Ə. Əmirli)
  • Cülyetta – ("Romoe və Cülyetta" U. Şekspir)
  • Şərəfnisə – ("Müsyö Jordan və dərviş Məstəli şah" M. F. Axundzadə)
  • Səhər – ("Şahzadə Xəzərin nağılı" K. Ağabalayev, N. Kazımov)
  • Qaraca qız – ("Qaraca qız" S. S. Axundov, A. Şaiq)
  • Məngülüm, quzu – ("Şəngülüm, şüngülüm, məngülüm " M. Müşfiq)
  • Betan – ("Balaca və damda yaşayan Karlson" A. Lindqren)
  • Çiçək – ("Hasarın o üzü" Ə. Əmirli)

Mükafatları

redaktə

6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür[1].

Filmoqrafiya

redaktə
  1. Qayınana (film, 2011)
  2. Həyat sən nə qəribəsən (teleserial, 2013)
  3. 28 iyun (film, 2016)
  4. Ata ocağı (film, 2017) (bədii serial)

İstinadlar

redaktə
  1. ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Asya_Atakişiyeva&oldid=7697122"
LOVE.AZ