. Love.az

Atifzade Husameddin Efendi - Wikipedia - Love.az

Ana Səhifə - Atifzade Husameddin Efendi

Atıfzadə Hüsaməddin Əfəndi (1799, İstanbul – 1871, İstanbul) — Osmanlı şeyxülislamı və alimi.[1]

Atıfzadə Hüsaməddin Əfəndi
145. Osmanlı şeyxülislamı
23 noyabr 1863 – 9 avqust 1866
ƏvvəlkiMehmed Sadəddin Əfəndi
SonrakıMehmed Rafiq Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi 1799
Doğum yeri
  • İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi 1871
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Atası Camal Əfəndi

Həyatı

redaktə

1799-cu ildə İstanbulda dünyaya gəldi. Qurduğu kitabxanasıyla məşhur Dəftərdar Atıf Əfəndinin nəslinə mənsub olub, rəisülküttab Mehmed Cəmaləddin Əfəndinin nəvəsi, III Səlim dövrünün alimlərindən Camal Əfəndinin oğludur.[2] Atasının və dövrün tanınmış alimlərindən təhsil aldıqdan sonra 1814-ci ildə müdərrisliyə yüksəldi. Qısa müdərrislik dövrünün ardından çox keçmədən Saloniki qazısı təyin olundu. 1859-cu ilədək müxtəlif dövlət vəzifələrində xidmət etdikdən sonra həmin il Anadolu qazəsgəri oldu. Çox keçmədən Rumeli qazəsgəri, 23 noyabr 1863-cü ildə isə şeyxülislamlığa yüksəldi. İki ildən çox bu vəzifədə qaldıqdan sonra 9 avqust 1866-cı ildə səbəbi göstərilmədən vəzifədən alındı. 1868-ci ildə məclis üzvü seçildi. 1871-ci ildə vəfat edən Hüsaməddin Əfəndi Üsküdardakı ailə məzarlığına dəfn olundu.[3]

Mənbə

redaktə
  • Cevdet, Tezâkir, IV, 63.
  • İlmiyye Salnâmesi, s. 594–595.

İstinadlar

redaktə
  1. ↑ Karal, Osmanlı Tarihi, VII, 140.
  2. ↑ Danişmend, Kronoloji2, V, 154.
  3. ↑ Lutfî, Târih, IX, 37, 47, 125, 128, 162; X, 103, 105, 113; XI, 15; XII, 7; XIII, 11, 27, 58.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Atıfzadə_Hüsaməddin_Əfəndi&oldid=7850567"
LOVE.AZ