. Love.az

Atababa Musaxanli - Wikipedia - Love.az

Ana Səhifə - Atababa Musaxanli
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir.
Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər.

Atababa Musaxanlı (1905, Bakı – 14 avqust 1941) – ilk ədəbi tənqidçilərimizdən və "Kitabi – Dədə Qorqud"un ilk tədqiqatçılarından biri. 1934-cü ildən AYB-nın üzvü.

Atababa Musaxanlı
Atababa Daşdəmir oğlu Musaxanlı
Doğum tarixi 1905
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 14 avqust 1941(1941-08-14)
Fəaliyyəti ədəbi tənqidçi

Həyatı

redaktə

Atababa Daşdəmir oğlu 1905-ci ildə Bakı şəhərində anadan olmuşdu. İbtidai təhsilini rus –tatar məktəbində alıb. Sovet hakimiyyəti qurulandan sonra şəhər orta məktəbini bitirib. 1921–1924-cü illərdə Ali Pedoqoji İnstitutun dil və ədəbiyyat şöbəsini fərqlənmə diplomu ilə bitirib. Sonradan Bakı Pedoqoji Texnikumunda dil və ədəbiyyat müəllimi kimi çalışıb. 1934-cü ildə Azərbaycan Yazıçılar Birliyinə daxil olur. Orta və Ali məktəblər üçün proqram və dərsliklər hazırlayıb. 17 dekabr 1937-ci ildə tutulub. 31 dekabr 1937-ci ildə güllələnməyə məhkum olub.

Sonradan güllələnmə sürgün cəzası ilə əvəz olunub. 1941-ci il avqustun 14-də cəza tədbirləri dövründə həlak olmuşdur.

Məqalələri

redaktə
  • Şaiq
  • Ədəbiyyat tarixində Sabir
  • Aran köçü və müəllifi (H. K. Sanılıya)
  • Mirzə Fətəlinin ictimai, tərbiyəvi mübarizələri
  • Azərbaycan ədəbiyyatının inkişafı və xüsusiyyətləri
  • Böyük ustad (M. Qorkinin ölümünə)

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Atababa_Musaxanlı&oldid=8047380"
LOVE.AZ