Torf müharibələri (ing. Turf Wars); tam adı Korra əfsanəsi: Torf müharibələri (ing. The Legend of Korra: Turf Wars) — Maykl Dante DiMartino və Brayan Konietzkonun Korra əfsanəsi cizgi serialın davamı olan, DiMartino tərəfindən yazılmış və İren Koh tərəfincən çizilmiş üç hissədən ibarət olan komiks.
Korra əfsanəsi: Torf müharibələri | |
---|---|
The Legend of Korra: Turf Wars | |
![]() komiksin 1-ci hissənin üz qabığı | |
Nəşriyyatçı | Dark Horse Comics |
Yaradıcıları |
Maykl Dante DiMartino Brayan Konietzko |
Yazıçıları | Maykl Dante DiMartino |
Nəşr tarixi |
26 iyul 2017 (hissə 1) 17 yanvar 2018 (hissə 2) 22 avqust 2018 (hissə 3) |
Dil | İngilis dili |
Əvvəlki | Korra əfsanəsi |
![]() |
Trillogiyanın birinci cildi komiks dükkanlarında 2017-ci ilin iyulun 26-da satılmağa başlayıb.[1] Təxmin edilib ki, satılan nüsxələrin sayı 4000 mindən bir az az idi. Beləliklə, o ayın altıncı bestseller komiksi olmuş.[2] O, avqustun 8-də kütləvi bazara buraxılıb.[3] İkinci hissəsinin satılışı isə komiks dükkanlarında 2018-ci ilin yanvarın 17-də başlayıb.[4] O da təhminən 6262 sayında satılıb, həmin ayın bestselleri olmuş.[5] Kütləvi bazara yanvarın 30-da buraxılıb.[6] Üçüncü cildin satılışı da həmçinin komiks dükkanlarında 2018-ci ilin avqustun 22-də başlayıb.[7] Və yenə də, bu cildin 5481 nüsxəsi satıldığına görə, o bestsellerlər siyahısının zirvəsinə qalxıb.[8] Üçüncü hissə kütləvi bazara 2018-ci ilin sentyabrın 4-də buraxılıb.[9]
Beləliklə trillogiyanın birinci hissəsi Dark Horse Comics üçün 2017-ci ilin bestselleri,[10] ikinci və üçüncü hissəsi isə 2018-ci ilin çap evinin bestsellir siyahısında birinci və ikinci yerləri tutublar.[11] Komiksin üç hissəsi kitabxana nəşrinə birləşdirilib, 2019-cu ilin martın 13-də bu şəkildə üzə çıxarılmışdı.[12]