. Love.az

Avropa Adadovsani - Wikipedia - Love.az

Ana Səhifə - Avropa Adadovsani

Avropa adadovşanı (lat. Oryctolagus cuniculus) Dovşanlar fəsiləsinə (lat. Leporidae) aid cins. Dünya faunasında 1 cins və 43 növü vardır. Azərbaycanda bir cins vardır. Avropa adadovşanı Azərbaycan ərazisinə introduksiya edilmişdir.[3]

Avropa adadovşanı
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Euteleostomi
Klad:
Xoanlar
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Sinifüstü:
Dördayaqlılar
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Sinif:
Məməlilər
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
Vəhşi heyvanlar
Klad:
Euteriyalar
İnfrasinif:
Plasentalılar
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Euarxontoqlireslər
Klad:
Gliriformes
Klad:
Glires
Dəstə:
Dovşankimilər
Fəsilə:
Dovşanlar
???:
Avropa adadovşanı
Beynəlxalq elmi adı
  • Oryctolagus cuniculus L., 1758[1][2]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  180129
NCBI  9986
EOL  327977
FW  233585

Mündəricat

  • 1 Yayılması
  • 2 Xarici görünüşü
  • 3 Həyat tərzi
  • 4 İstinadlar

Yayılması

redaktə

Əvvəllər Avropa adadovşanının arealı məhdud olub, İberiya yarımadasını, həmçinin Fransanın cənubundakı və Afrikanın şimal-qərbindəki izolyasiya olunmuş əraziləri əhatə edirdi. Məhz sonuncu böyük buz dövründən sonra adadovşanları yalnız bu ərazilərdə sağ qalmışlar, lakin insanın təsərrüfat fəaliyyəti nəticəsində adadovşanları Asiya və Antraktida istisna olmaqla, bütün qitələrdə yayılmışlar.[4]

Xarici görünüşü

redaktə

Bədən uzunluğu 31–45 sm-ə qədər, çəkisi isə 1,3–2,5 kq-a çatır. Qulaqların uzunluğu başın uzunluğundan qısa olub, 6–7,2 sm-ə çatır. Bədənin üst tərəfinin rəngi bəzən narıncı çalara malik qonurumtul-bozdur. Quyruğun ucu qara və ya bozdur. Adadovşanı gəmiricilər dəstəsinin bir nümayəndəsi olub, qazıcı yaşayış tərzi keçirir. Bütün məməlilərdə olduğu kimi, bədən baş, boyun və gövdə hissələrinə bölünür. Gövdə ətraflar üzərində nisbətən hündürdə dayanır və kiçik quyruğa malikdir. Baş qismən uzunsovdur. Gözlərdə üst, alt və qırpma pərdəsi adlanan göz qapaqları vardır. Gözün qırpma pərdəsi quşlardan və sürünənlərdən fərqli olaraq, gözün yalnız yarısını örtür. Kəllənin yan tərəflərində məməlilər üçün xarakter olan qulaq seyvanı vardır. Başın üz hissəsinin önündə üst və alt dodaqla əhatə olunmuş ağız yerləşir. Üz hissəsinin ön qurtaracağında bir cüt burun dəliyi və ondan arxaya doğru yanlarda bir cüt göz vardır. Üst dodaq üzərində seyrək, uzun və sərt olan bığ yerləşir. Bədən xaricdən uzun və yumşaq tüklə örtülü olur ki, bunların hamısı birlikdə sıx xəz əmələ gətirir. Arxa ətraflar ön ətraflara nisbətən yaxşı inki-şaf etmişdir. Ön ətrafda 5 barmaq, arxada isə 4 barmaq vardır. Barmaqlar caynaqlarla qurtarır.

Həyat tərzi

redaktə

Vəhşi dovşanlar adətən kolluq bitki örtüyünə və kobud relyefə malik ərazilərdə — yarğanlarda, dənizlərin və limalnların sıldırımlı sahillərində məskən salırlar. Nadir hallarda meşə zolaqlarında, bağlarda, parklarda və çox nadir hallarda əkin torpaqlarında rast gəlinirlər. Dağlarda dəniz səviyyəsindən 600 m-dək yüksəkliklərə qalxırlar. Qazımaq üçün əlverişli olan torpağın quruluşu adadovşanları üçün mühüm əhəmiyyətə malikdir. Onlar qumlu torpaqlarda yaşamağa üstünlük verir, sıx gilli və daşlı ərazilərdə məskunlaşmırlar.

İstinadlar

redaktə
  1. ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
  2. ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. ↑ Azərbaycanın heyvanlar aləmi. III hissə, Onurğalılar, Elm nəşriyyatı, Bakı, 2014
  4. ↑ "Братец кролик - Охота - Охотники.ру". 2016-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-01.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Avropa_adadovşanı&oldid=7068655"
LOVE.AZ