. Love.az

Avstriyali Mariya Anna Ispaniya Kralicasi - Wikipedia - Love.az

Ana Səhifə - Avstriyali Mariya Anna Ispaniya Kralicasi

Avstriyalı Mariya Anna (isp. Mariana de Austria) (24 dekabr 1634[1][2][…], Vyana – 16 may 1696[3][4][…], Madrid[6]) — İspaniya kralının xanımı.

Avstriyalı Marianna
alm. Maria Anna von Österreich‎
Məşhur ispan rəssamı Dieqo Velaskes tərəfindən hazırlanan portreti, 1652-1653
Məşhur ispan rəssamı Dieqo Velaskes tərəfindən hazırlanan portreti, 1652-1653
İspaniya kraliça-konsortu
7 oktyabr 1649 – 17 sentyabr 1665
ƏvvəlkiFransalı Elizabet
SonrakıOrleanlı Mariya Luiza
Kral naibəsi
17 sentyabr 1665 – 6 noyabr 1675
17 sentyabr 1679 – 16 may 1696
MonarxII Karl
Şəxsi məlumatlar
Doğum tarixi 24 dekabr 1634(1634-12-24)[1][2][…]
Doğum yeri
  • Vyana, Habsburq monarxiyası
Vəfat tarixi 16 may 1696(1696-05-16)[3][4][…] (61 yaşında)
Vəfat yeri
  • Madrid, Madrid vilayəti[d], İspaniya[6]
Vəfat səbəbi süd vəzi xərçəngi
Dəfn yeri
  • Eskorial
Atası III Ferdinand (Müqəddəs Roma imperatoru)
Anası Mariya Anna
Həyat yoldaşı
  • IV Filipp (İspaniya kralı) (1649–1665)
Uşaqları
  • Avstriyalı Marqarita Tereza,
  • II Karlos[5]
Ailəsi Habsburqlar sülaləsi
Dini Roma-Katolik kilsəsi

Təltifləri Ulduzlu Xaç ordeni (Avstriya-Macarıstan)
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1634-cü ildə Vyananın cənubundakı Viener Nyuştatda dünyaya gəldi. Atası Müqəddəs Roma imperatoru III Ferdinand, anası isə İspaniya kralı III Filippin qızı Mariya Annadır.[7] 1646-cı ildə hələ 12 yaşında ikən İspaniya taxt-tacının vəliəhdi olan dayısı oğlu Baltazar Karlosla nişanlandı. Ancaq nişan mərasimindən cəmi 2 ay sonra vəliəhd vəfat etdi. Üstəlik, dayısı olan dul İspaniya kralı IV Filippin başqa oğul varisi yox idi. Dövlətlər arasındakı diplomatik əlaqələrin qorunması və İspaniya taxt-tacına yeni bir varisin qazanılması məqsədilə 7 oktyabr 1649-cu ildə İspaniya kralı IV Filipplə Madrid yaxınlığındakı mülklərin birində evləndirildi.[8] 44 yaşlı dayısı IV Filipplə evlənərək hələ 14 yaşında ikən İspaniya kraliçası oldu.

Bu evlilik boyunca 5 övladı dünyaya gəlsə də, bunlardan yalnız ikisi yetkinlik yaşına çata bildi.[9]

  • Marqarita Tereza, Müqəddəs Roma imperatriçası
  • Mariya Ambrosiya (7 dekabr 1655 - 21 dekabr 1655)
  • Filipp Prospero (28 noyabr 1657 - 1 noyabr 1661)
  • Ferdinand Tomas (23 dekabr 1658 - 22 oktyabr 1659)
  • II Karl, İspaniya kralı

Ərinin 1665-ci ildə vəfatından sonra taxta çıxarılan 3 yaşlı oğlu II Karla kral naibəsi olaraq xidmət etdi.[10] Onun ilk naibəlik dövrü oğlunun yetkinlik yaşı hesab edilən 14 yaşına qədər davam etdi. Ancaq alman əsilli bir qadının kral naibəsi olması bir çox siyasi qruplaşmanın narazılığına səbəb oldu. Üstəlik gənc kral doğuşdan bir çox xəstəliklə mübarizə aparırdı və çox yaşaması gözlənilmirdi.[11][12][13] Bu səbəblə, ölkə alman və fransız tərəfdarı olan siyasi qrupların mübarizə meydanına çevrildi və İspaniya Vərasət Müharibəsinin ilk təməli bu illərdə qoyuldu. Bu illərdə naibə Mariya Annanın ən güclü rəqibi isə ərinin nigahdan kənar oğlu İohann Jozef oldu.

Oğlunun 14 yaşı tamam olduğu 1675-ci ildə vəzifədən alındı. Üstəlik onunla birlikdə onun vəzifəyə təyin etdiyi alman tərəfdarı bir çox saray əyanı və diplomat da saraydan uzaqlaşdırıldı. Ancaq gənc kralın səhhəti pis idi və fiziki qüsurlarıyla yanaşı, əqli zəifliyi də onun dövlət məsələləriylə məşğul olmasına mane olurdu. Nəhayət müxalif hakimiyyəti əlində saxlayan ögey oğlu İohann Jozefin müəmmalı ölümünün ardından 1679-cu ildə Mariya Anna yenidən naibə olaraq dövlət idarəsini ələ aldı.

İlk iş olaraq artıq yetkinlik yaşına gəlmiş oğlunu həmin ilin payızında Orleanlı Mariya Luiza ilə evləndirdi.[14] Gəlin namizədi olduqca nüfuzlu bir ailəyə mənsub idi. Belə ki, atası Fransa kralı XIII Lüdovikin oğlu Orlean hersoqu Filipp, anası isə İngiltərə kralı I Karlın qızı Henretta Stüart idi. Bu evliliklə, Mariya Anna həm İngiltərə, həm də Fransa ilə münasibətləri nizamlamağı hədəfləmişdi. Ancaq edilən bütün tibbi müdaxilələrə baxmayaraq cütlüyün övladı olmadı və Orleanlı Mariya Luiza 1689-cu ildə müəmmalı şəkildə vəfat etdi. Edilən müasir araşdırmalar bu ölümünün səbəbi kimi, hamilə qalması üçün edilən tibbi müdaxilələrin səbəb olduğu appendisit partlamasını göstərir.

Son illərini təsvir edən rəsm. Klaudio Koello, 1685-1693

Kraliçanın vəfatından çox keçmədən yeni kraliça namizədi axtarılmağa başlandı və bu dəfəki seçim Pfals kürfürstü Filipp Vilhelmin qızı Düsseldorflu Anna oldu.[15] Ancaq gənc kral II Karlın səhhəti ağırlaşmışdı və övlad sahibi olması artıq mümkün deyildi. Bu səbəblə ölkə artıq tamamilə fransa tərəfdarı siyasi qrupların hegemoniyası altına girdi. Ölkənin bir hissəsi fransızlar tərəfindən işğal olundu. Yeni kraliça Düsseldorflu Annanın qardaşı Pfals kürfürstü III Karl Filippin vasitəçiliyi ilə II Karl hakimiyyətdə saxlandı. Ancaq ölkədə əldə olunan nisbi sakitlik naibə Mariya Annanın vəfatıyla sona çatdı. Mariya Anna 16 may 1696-cı ildə Madriddə vəfat etdi. Ölüm səbəbi olaraq isə döş xərçəngi göstərildi.

Mənbə

redaktə
  • Barton, Simon (2009). A History of Spain. Palgrave. ISBN 978-0230200128
  • Cowans, Jon (2003). Modern Spain: A Documentary History. U. of Pennsylvania Press. ISBN 0-8122-1846-9
  • Kamen, Henry (2002). Spain's Road to Empire (2003 ed.). Allen Lane. ISBN 978-0140285284
  • Knighton, Tess (author), Carreras Lopez, Juan José (ed) (2005). The Royal Chapel in the time of the Habsburgs: Music and Court Ceremony in Early Modern Europe. Boydell Press. ISBN 978-1843831396

İstinadlar

redaktə
  1. ↑ 1 2 Maria Anna Mariana Reina de España de Austria (Habsburg) (24 Dec 1634 - certain 16 May 1696) // WikiTree (ing.). 2005.
  2. ↑ 1 2 WeRelate (ing.). 2005.
  3. ↑ 1 2 Wurzbach D. C. v. Habsburg, Maria Anna (Königin von Spanien) (alm.). // Biographisches Lexikon des Kaiserthums Oesterreich: enthaltend die Lebensskizzen der denkwürdigen Personen, welche seit 1750 in den österreichischen Kronländern geboren wurden oder darin gelebt und gewirkt haben Wien: 1856. Vol. 7. S. 24.
  4. ↑ 1 2 Marianna d’Àustria // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  5. ↑ Union List of Artist Names (ing.). 2016.
  6. ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118781863 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  7. ↑ O'Connor, John T. (1978). Negotiator out of Season. University of Georgia Press. ISBN 0-8203-0436-0
  8. ↑ Graziano, Frank (2004). Wounds of Love: The Mystical Marriage of Saint Rose of Lima. OUP. ISBN 0195136403
  9. ↑ Rule, John (2017). Onnekink, David; Mijers, Esther (eds.). The Partition Treaties, 1698-1700; A European View in Redefining William III: The Impact of the King-Stadholder in International Context. Routledge. ISBN 978-1138257962
  10. ↑ Storrs, Christopher (2006). The Resilience of the Spanish Monarchy 1665–1700. OUP Oxford. ISBN 0199246378
  11. ↑ Callaway, Ewen (2013). "Inbred Royals Show Traces of Natural Selection". Nature News
  12. ↑ Gonzalo, Alvarez; Ceballos, Francisco; Quintero, Celsa (2009). "The Role of Inbreeding in the Extinction of a European Royal Dynasty"
  13. ↑ Durant, Ariel; Durant, Will (1963). Age of Louis XIV (Story of Civilization). TBS Publishing. ISBN 0207942277
  14. ↑ Mitchell, Silvia Z (2013). Mariana of Austria and Imperial Spain: Court, Dynastic, and International Politics in Seventeenth- Century Europe. University of Miami Scholarly Repository
  15. ↑ Rommelse, Gijs (2011). Ideology and Foreign Policy in Early Modern Europe (1650–1750). Routledge. ISBN 978-1409419136
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Avstriyalı_Marianna_(İspaniya_kraliçası)&oldid=8112170"
LOVE.AZ