. Love.az

Avstriyali Marqarita Parma Hersoginyasi - Wikipedia - Love.az

Ana Səhifə - Avstriyali Marqarita Parma Hersoginyasi

Avstriyalı Marqarita (it. Margherita d'Austria; 5 iyul 1522[1] – 18 yanvar 1586[2][3][…]) — Müqəddəs Roma imperatoru V Karlın nigahdan kənar doğulan qızı, Parma hersoginası.[4][5][6][7]

Avstriyalı Marqarita
it. Margherita d'Austri
Florensiya hersoginası
13 iyun 1536 – 6 yanvar 1537
Kastro hersoginası
23 sentyabr 1545 – 10 sentyabr 1547
18 iyul 1553 – 18 sentyabr 1586
Parma və Piaçensa hersoginası
10 sentyabr 1547 – 18 sentyabr 1586
Şəxsi məlumatlar
Doğum tarixi 5 iyul 1522[1]
Vəfat tarixi 18 yanvar 1586(1586-01-18)[2][3][…] (63 yaşında)
Fəaliyyəti siyasətçi, əsilzadə
Atası V Karl
Həyat yoldaşları
  • Ottavio Farneze (Parma hersoqu) (1538–1586)
Uşağı
  • Alessandro Farneze (Parma hersoqu)
Ailəsi Habsburqlar sülaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Mənbə
    • 2.1 Ədəbiyyat
    • 2.2 İstinadlar

Həyatı

redaktə

5 iyul 1522-ci ildə Flandriyada dünyaya gəldi. Atası Müqəddəs Roma imperatoru V Karl, anası onun məşuqəsi Yuanna von Qeynstdir. Dünyaya gəldikdən sonra anasından alındı və öncə atasının bibisi Avstriyalı Marqaritanın, onun ölümündən sonra isə doğma bibisi Avstriyalı Mariyanın himayəsi altında böyüdü.

Atasının İtaliyada apardığı işğalçı siyasətin bir parçası olaraq, 1527-ci ildə Florensiya hersoqu Alessandro Mediçiylə nişanlandı. 1529-cu ildə atası tərəfindən rəsmən tanındı və bu tarixdən etibarən Avstriyalı Marqarita olaraq anıldı. 1533-cü ildə İtaliyaya gətirildi və Florensiya, Roma və Parma saraylarında təlim-tərbiyə edildi.

Yetkinlik yaşına çatmasının ardından 13 iyun 1536-cı ildə 25 yaşlı Florensiya hersoqu Alessandro Mediçi ilə evləndirildi. Ancaq çox qısa zaman sonra - 6 yanvar 1537-ci ildə əri sui-qəsd nəticəsində öldürüldü. 15 yaşında dul qalan Marqarita, atasının apardığı siyasətin davamı olaraq 4 noyabr 1538-ci ildə papa III Pavelin nəvəsi və Kastro hersoqu Piyer Luici Farnezenin oğlu Ottavio Farneze ilə evləndirildi. Cütlüyün bu nigahdan 2 əkiz övladı doğulsa da, onlardan biri körpə ikən vəfat etdi.

  • Karl Farneze (1545)
  • Alessandro Farneze, Parma və Piaçensa hersoqu

Ərinin 1545-ci ildə Kastro, 1547-ci ildə isə Parma və Piaçensa taxtına oturmasıyla, Marqarita hersogina ünvanı aldı. Ottavio Farneze ilə olan evliliyi çox rəsmi idi və adətən ayrı saraylarda yaşadılar. 1555-ci ildə İtaiyanı tərk edərək Habsburq Niderlandiyasına köçdü və 10 yaşlı oğlu Alessandronu ögey qardaşı Burqundiya hersoqu Filippin himayəsinə verdi. 1556-cı ildə Filippin İspaniya kralı olmasıyla, yeganə oğlunu onunla birlikdə Madridə göndərdi və özü isə 1559-cu ildə kralın Habsburq Niderlandiyasındakı naibəsi oldu. Ancaq onun naibəliyi II Filippin bölgəyə təyin etdiyi komandanların kölgəsi altında keçdi. Heç bir faktiki gücü yox idi və bölgədə inkvizisiya əleyhinə üsyanlar davam edirdi. Bu səbəblə 1567-ci ildə öz istəyilə vəzifədən ayrıldı və mərkəzi İtaliyadakı L'Akuila şəhərinə yollandı. Ancaq 1578-ci ildə oğlu Alessandro ilə birlikdə yenidən Habsburq Niderlandiyasında naibə oldu. Ancaq oğluyla münasibətləri yaxşı deyildi və bu səbəblə 1582-ci ildə yenidən istehfa etdi. Ertəsi il İtaliyaya qayıtdı və 1586-cı ildə Neapol krallığına bağlı Ortona şəhərində vəfat etdi. Cənazəsi Piaçensaya aparıldı və burada San Sisto kilsəsinə dəfn olundu.

Mənbə

redaktə

Ədəbiyyat

redaktə
  • Edoardo del Vecchio, I Farnese, Istituto di Studi Romani Editore, 1972.
  •  (alm.) Constantin Wurzbach, Biographisches Lexikon des Kaisertums Österreich, Vienna, 1861, Vol. VII, pp. 12–13 (versione online).
  • AA.VV., Margherita d'Austria e l'Abruzzo. Atti del Convegno di studi storici (Ortona Palazzo Farnese, 20-21 febbraio 1982), Associazione Archeologica Frentana, Ortona, 1983.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Benzoni G., autori vari MARGHERITA d’Austria, duchessa di Firenze, poi duchessa di Parma e Piacenza // Dizionario Biografico degli Italiani (it.). 2008. Vol. 70.
  2. ↑ 1 2 Margaretha van Parma. 2009.
  3. ↑ 1 2 Pas L. v. Margarete of Austria // Genealogics (ing.). 2003.
  4. ↑ Davies, Charles Maurice. The history of Holland and the Dutch nation from the beginning of the tenth century to the end of the eighteenth: including an account of the municipal institutions, commercial pursuits and social habits of the people; the rise and progress of the Protestant reformation in Holland; the intestine dissensions, foreign wars, &c. London, G. Willis. 1851.
  5. ↑ Blavatsky, Helena Petrovna. Worship of Planetary Spirits is idolatrous Astrolatry: Divine Astrology is for Initiates; superstitious Astrolatry for the masses (ingilis). Philaletheians UK.
  6. ↑ Steen, Charlie R. Margaret of Parma: a life. Studies in medieval and Reformation traditions. Leiden Boston: Brill. 2013. ISBN 978-90-04-25744-3.
  7. ↑ "1911 Encyclopædia Britannica/Margaret of Austria (1522-1586) - Wikisource, the free online library". en.wikisource.org (ingilis). İstifadə tarixi: 2025-05-08.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Avstriyalı_Marqarita_(Parma_hersoginyası)&oldid=8127713"
LOVE.AZ