. Love.az

Axav Titul - Wikipedia - Love.az

Ana Səhifə - Axav Titul

Axav (mayya: Ajaw, kakçikel: Jun Ajpub[1]) və ya Axau — qədim mayyalarda ali titul. Axav eyni zamanda tsolkin təqvimində 20-ci günün tamamlandığı katunun adıdır.

"Axav" heroqlifi

Mündəricat

  • 1 Yazılışı
  • 2 Tarixi
  • 3 Mənası
  • 4 İstinadlar

Yazılışı

redaktə

Bu söz həm Pre-Kolumb, həm də müasir mayya ləhçələrinin bir çoxunda mövcuddur. "Axav", 1994-cü ildə Qvatemala Mayya Dillər Akademiyası tərəfindən təklif edilmişdir. Hal-hazırda isə mayyaşünaslar tərəfindən qəbul olunmuş və mayya orfoqrafiyasına uyğun olaraq standartlaşdırılmışdır. Bu söz standartlaşdırmadan əvvəl, ispan transkripsiyasında (XVI əsrin Yukatan mayya yazısına uyğun olaraq) daha çox "Axau" şəklində yazılırdı.

 
Tsolkin təqvimində 20-ci günün loqoqramı

Tarixi

redaktə

Bu sözün ən qədim istifadəsinə e.ə. 300–350-ci illərdə, Qvatemaladakı Xolmulun hökümdar sərdabələrində rast gəlinmişdir.[2]

Mənası

redaktə

Bu tituldan əsilzadələr və onların təmsilçiləri istifadə edirdilər. Şəxsin kimliyindən asılı olaraq bu titul "lider", "hökümdar", "ağa", "kral" və ya "kraliça" mənalarına gəlirdi. Axav titulundan həmçinin mayya rahibləri də istifədə edirdilər. Axav titulundan başqa Kuhul axav (azərb. ilahi ağa‎) titulu da istifadə edilirdi. Bu tituldan böyük ərazilərə və nüfuza malik hökmdarlar istifadə edirdilər. Bu titul qadın hökmdarlara veriləndə ifadənin əvvəlinə "İş" sözü (azərb. qadın‎) əlavə edilirdi.

İstinadlar

redaktə
  1. ↑ "Ajaw - Ruler". 05.03.2025 tarixində arxivləşdirilib.
  2. ↑ Tomasic, John. New Data from a Preclassic Tomb at K’o, Guatemala (ingilis). 2011.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Axav_(titul)&oldid=8136928"
LOVE.AZ