Axta — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd.[3]
Kənd | |
Axta | |
---|---|
39°38′41″ şm. e. 45°33′54″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Region | Dərələyəz mahalı |
Rayon | Paşalı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.650 m[1] |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Xəritəni göstər/gizlə
|
Rayon mərkəzindən 15 km cənub-şərqdə, Arpa çayının sol qolu olan Axtaçay dağ çayının sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[4], Qafqazın 5 verstlik xəritəsində[5] qeyd edilmişdir.
Toponim padar türk tayfasından olan axta etnonimi[6] əsasında əmələ gəlmişdir.
Quruluşca sadə toponimdir.
Kənddə 1831-ci ildə 187 nəfər, 1873 - cü ildə 290 nəfər, 1886- cı ildə 304 nəfər, 1897-ci ildə 426 nəfər, 1904 - cü ildə 458 nəfər, 1914 - cü ildə 504 nəfər, 1916-cı ildə 463 nəfər yalnız azərbaycanlı yaşamışdır[7].
1918-ci ildə kənd sakinləri erməni təcavüzünə mə'ruz qalaraq deportasiya olunmuşlar. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir.
Burada 1922-ci ildə 129 nəfər, 1926-cı ildə 128 nəfər, 1931-ci ildə 199 nəfər,[8], 1939 - cu ildə 268 nəfər, 1959 - cu ildə 202 nəfər, 1970-ci il də 379 nəfər[9] yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında kənd sakinləri azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. İndi ermənilər yaşayır.