Ayşə Tərzitər xanım (ərəb. السيدة عائشة ستيليتر; 4 fevral 1880, Yelizavetpol – 1958, Beyrut) — Osmanlı şahzadəsi Səlim Süleyman Əfəndinin xanımlarından biri.[1]
Ayşə Tərzitər xanım | |
---|---|
ərəb. السيدة عائشة ستيليتر | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 fevral 1880(1880-02-04) |
Doğum yeri | |
Vəfat tarixi | 1958 |
Vəfat yeri | |
Həyat yoldaşı |
|
Uşaqları |
4 fevral 1880-ci ildə indiki Gəncədə dünyaya gəldi.[2] Dövrün digər saray xanımları kimi, onun da saraya qədərki həyatı haqqında məlumat yoxdur. Leyla Açbanın xatirələrinə görə, əslən abxaz olub, Barğan-İpa ailəsinə mənsubdur.[3][4] Çox kiçik yaşlarında saraya alındı və adı Tərzitər olaraq dəyişdirilərək saray tərbiyəsi aldı.
4 may 1895-ci ildə Ulduz sarayında ikən Sultan Əbdülməcidin oğullarından Səlim Süleyman Əfəndiylə evləndirildi.[5][6] Şahzadənin dördüncü xanımı olan Ayşə Tərzitər xanımın bu nigahdan 2 övladı dünyaya gəldi.
13 iyul 1909-cu ildə Səlim Süleyman Əfəndinin vəfatıyla dul qaldı. Övladlarıyla birlikdə qaynı olan Sultan Rəşadın himayəsinə alındı və Dolmabağça sarayında yaşamağa başladı. Qızı Naciyə Sultan hələ atasının sağlığında ikən Sultan Əbdülhəmidin oğullarından Hayri Əfəndiylə nişanlanmışdı. Ancaq Sultan Əbdülhəmidin vəfatı və Sultan Rəşadın taxta çıxmasıyla nişan pozuldu və Naciyə Sultan İttihadçılardan Ənvər Paşayla nişanlandı. Bütün bunlar səbəbilə Ayşə Tərzitər xanım bu nişana qarşı çıxdı. Üstəlik əri Səlim Süleyman Əfəndinin ölümü ilə cütlüyün toy mərasimi gecikdi. Ayşə Tərzitər xanımın bütün etirazlarına baxmayaraq, qızı Naciyə Sultan 1914-cü ildə Ənvər Paşayla evləndirildi.[7]
3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Ayşə Tərzitər xanım da ailəsiylə birlikdə sürgünə göndərildi. Oğlu Şərafəddin Əfəndiylə birlikdə öncə Parisdəki qızı Naciyə Sultanın yanına getdi.[8] Ancaq həmin ilin dekabrında oğluyla birlikdə Beyrutda yaşamağa başladı.[9] 1958-ci ildə Beyrutda vəfat etdi.