Ayaq Qərvənd — Azərbaycan Respublikasının Ağdam rayonunun Qərvənd kənd inzibati ərazi dairəsində kənd.[1]
Ayaq Qərvənd | |
---|---|
40°08′ şm. e. 47°03′ ş. u.HGYO | |
Ölkə | |
Region | Qarabağ iqtisadi rayonu |
Rayon | Ağdam rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 252 m |
Saat qurşağı | |
Əhalisi | |
Milli tərkibi | Azərbaycanlı |
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 |
Poçt indeksi | AZ0227 |
Xəritəni göstər/gizlə
|
Bu Kənd "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla[2] Ağdam rayonunun Əhmədağalı bələdiyyəsinin ərazisinə aid edilib[3].
Ayaq Qərvənd Ağdam rayonunun Qərvənd inzibati ərazi vahidində kənd. Xaçın çayının sahilindədir. Toponimiyada ayaq "kənar, uzaq"; "Aşağı"; "qurtaracaq" mənalarını ifadə edir. Yaşayış məntəqəsi Baş Qərvənd kəndindən Aşağıda yerləşdiyinə görə belə adlandırılmışdır. Qərvənd etnotoponimdir.[4]
SSRİ-yə qədər qərvənd bəyliyinin (Kəkilbəylilər sulaləsinin yurdu) ərazisində yerləşib.
SSRİ dönəmində mərkəzi Baş Qərvənd olan Qərvənd sovetliyinə aid olub, "Lenin" Kolxozunun ərazisində yerləşib.
1993-cü ildə Baş Qərvənd işğal olunduqdan sonra İcra hakimiyyətinin kənd nümayəndəliyi və Qərvənd kənd inzibati ərazi dairəsinə aid olan bütün qurumlar Ayaq Qərvəndə köçülürüb.
1999-cu ildə bu kənddə Ağdam rayonunun Qərvənd bələdiyyəsi təşkil edilib. Bu Bələdioyyənin ilk Nizamnaməsi onun 2000-ci tarixli 01 nömrəli Protokolunda təsbit edilmiş Qırarı, ikinci Nizmanaməsi isə 21.09.2005-ci il tarixli 09 nömrəli Protokolunda təsbit edilmiş Qərarı ilə qəbul olunub. İkinci Nizamnaməsi Ağdam rayonunun Əhmədağalı bələdiyyəsinin ”10” “aprel” 2025-ci il tarixli 04 nömrəli Protokolunda təsbit edilmiş Qərarla[3] ləğv edilib.
Ağdam rayonunun Qərvənd bələdiyyəsi 2000-ci ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə[5] uyğun olaraq yaradılmış "Ağdam Bələdiyyələrinin Əlaqələndirmə Şurası"nın üzvülüyünə qəbul edilib.
Azərbaycan Respublikasının 29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunu[6] ilə Qərvənd bələdiyyəsinin əhatə etdiyi Əhmədağalı, Çıraxlı, Kolqışlaq və Mirəşelli kəndlərində Ağdam rayonunun Əhmədağalı bələdiyyəsi təşkil edilələk, Ağdam rayonunun Qərvənd bələdiyyəsinin fəaliyyətinə xitam verilmişdir[3].
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[7] uyğun olaraq, bu Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olub.
Qərvənd inzibati ərazi dairəsinə aid olan Baş Qərvənd və Şıxlar kəndləri isə 20.11.2020-ci ildə işğaldan azad edilib. Ağdam şəhərinə çəkilən yeni 4 zolaqlı yol Şixlar kəndinin ərazisindən, yeni dəmiryol xətti isə Ağdam rayonunun Baş Qərvənd kəndinin ərazisindən çəkilib (tarixi "Çinar" dəmiryol stansiyası Baş Qərvəndin inzibati ərazisində idi).
Əhali sayının Qanunla müəyyən edilmiş minimum həddən aşağı olması ilə əlaqədar 10.09.2024-cü il tarixli 09 saylı protokolunda qeyd olunmuş qərara əsasən Ağdam rayonunun Qərvənd bələdiyyəsi tərəfindən Ağdam rayonunun Əhmədağalı bələdiyyəsinə birləşmə qərarı verilib.
18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanuna[8] əsasən Ağdam rayonunun Qərvənd bələdiyyəsinin əraziləri Ağdam rayonunun Əhmədağalı bələdiyyəsinə birləşdirilərək, Qərvənd bələdiyyəsi ləğv edilib.
Ağdam rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |