Ayasofiya (hərf. "Müqəddəs hikmət"; q.yun. Ἁγία Σοφία, Hagía Sophía; türk. Ayasofya) — Türkiyənin Bursa vilayətinin İznik şəhərində Bizans dövrünə aid bazilika kilsəsi.[1] Osmanlı fəthindən sonra Orxan məscidinə (Orhan Camii) çevrilmiş, 1935-ci ildə muzey olmuşdur. Kilsə indi yenidən məscid olaraq xidmətdədir.[2] İznik şəhərinin mərkəzində, köhnə divarlı ərazidə yerləşir.
İslam | |
Ayasofiya | |
---|---|
![]() | |
![]() | |
Ölkə | |
Üslubu | Bizans memarlığı |
kulturportali.gov.tr/tur… | |
![]() |
Ərazidə tikilmiş ilk kilsə IV əsrə aid edilir.[1] Daha sonra kilsə VI əsrin ortalarında imperator I Yustinianın himayəsi altında yenidən tikilmişdir.[3] Kilsə 787-ci ildə Bizans ikonoborçuluğunun birinci dövrünü rəsmi olaraq sona çatdıran İkinci Nikeya Şurasına ev sahibliyi etmişdir.[4][5] Yustinian dövrünə aid kilsə XI əsrdə zəlzələ nəticəsində dağıdılmış və indiki tikili təxminən 1065-ci ildə köhnəsinin xarabalıqları üzərində ucaldılmışdır.[1]
Nikeya 1331-ci ildə Orxan Qazinin başçılıq etdiyi Osmanlı türkləri tərəfindən ələ keçirilmişdir. Ayasofiya kilsəsi sonradan Orxan məscidinə çevrilmişdir. Məscid 1935-ci ildə qədər Mustafa Kamal Atatürk hökumətinin qərarı ilə muzey olaraq təyin edilmişdir.[6] Bu muzey 2011-ci ilin noyabrında yenidən məscidə çevrilmişdir.[2]
Çox hissəsi kilsənin 1065-ci ildəki variantına aid olan hazırkı bazilika quruluşu iki yan keçidi olan mərkəzi nefdən ibarətdir. Osmanlılar dövründə yenidən qurulmazdan əvvəl kilsənin sütunlar üzərində iki cərgə üçlü arkadaları var idi və beş pəncərəsi olan bir klestori divarı daşıyırdı.[7] Tikili XIV əsrdə məscidə çevrildikdən sonra burada təmir işləri aparılmış, həmçinin mehrab yerləşdirilmişdir. XVI əsrdə, Süleyman Qanuni hakimiyyəti dövründə baş vermiş dəhşətli yanğından sonra kilsə bərpa edilmiş və minarə tikilmişdir.[8] Memar Sinan bu dövrdə məscidin divarlarına bəzək dizaynını öz üzərinə götürmüşdü.[1]
Belə bir tarixi kilsənin yenidən məscid kimi istifadə oluna bilməsi məqsədilə restavrasiya olunması çox mübahisəli bir məsələ idi və hələ də belə qalır. Restavrasiya prosesi 2007–2011-ci illər arasında aparılmışdır.[9]