. Love.az

Ayaz Ismayilov - Wikipedia - Love.az

Ana Səhifə - Ayaz Ismayilov

Ayaz İsmayılov — İkinci Dünya müharibəsi iştirakçısı. 1918-ci ildə Cavad qəzasının Petropavlovka dairəsində anadan olmuşdur.

Ayaz İsmayılov
Ayaz İsmayıl oğlu İsmayılov
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1918
Doğum yeri Petropavlovka, Cavad qəzası, AXC
Vəfat tarixi 1990
Vəfat yeri Sabirabad, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Hərbi fəaliyyəti
Mənsubiyyəti azərbaycanlı
Hərbi hissə 83-cü atıcı briqadası
46-cı ordu
2-ci Ukrayna cəbhəsi
3-cü Ukrayna cəbhəsi[1]
Xidmət illəri 1939—1945
Rütbəsi Kiçik leytenant
Təltifləri I dərəcəli “Şöhrət” ordeni II dərəcəli “Şöhrət” ordeni III dərəcəli “Şöhrət” ordeni
"Qırmızı ulduz" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Stalinqradın müdafiəsinə görə" medalı "Budapeştin alınmasına görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

O, ikinci cahan savaşı başlayanda cəbhəyə yollanmış, “Qırmızı Suvorov” ordenli Qara dəniz silahlı qüvvələrində, Kutuzov adına dəniz atıcı briqadasının tərkibində vuruşmuşdur. Ayaz İsmayılov Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçmişdir. İgid döyüşçü Novorossiysk, Kuban, Sevastopol, Belqrad, Kerç, Kiyev və digər şəhərlərin, habelə Rumıniya, Bolqarıstan, Yuqoslaviya, Çexoslovakiya, Macarıstan və Avstriya ölkələrinin azad olunmasında iştirak etmişdir. Müharibədə igidliklər göstərmiş Ayaz İsmayılov “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif olunmuşdur. Bu isə Sovet İttifaqı Qəhrəmanı adına bərabərdir.[2][3]

İstinadlar

redaktə
  1. ↑ "Исмаилов Аяз Исламович. Сводная информация" (rus). pamyat-naroda.ru. 2023-06-28 tarixində arxivləşdirilib.
  2. ↑ "Исмаилов Аяз Исламович" (rus). pamyat-naroda.ru. 2023-06-28 tarixində arxivləşdirilib.
  3. ↑ "Исмаилов Аяз Исламович. Документы" (rus). pamyat-naroda.ru. 2023-06-28 tarixində arxivləşdirilib.

Mənbə

redaktə
  • Muğan-Şirvan qəzeti, 14 dekabr 2006-cı il.

Həmçinin bax

redaktə
  • Azərbaycanlılar Antifaşist müqavimət hərəkatında
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ayaz_İsmayılov&oldid=7257777"
LOVE.AZ