. Love.az

Aydin Ibrahimov - Wikipedia - Love.az

Ana Səhifə - Aydin Ibrahimov

Aydın İbrahimov (tam adı: İbrahimov Aydın Əli oğlu; 17 sentyabr 1938, Kirovabad – 2 sentyabr 2021[1], Bakı) — SSRİ güləşçisi.[4]; SSRİ əməkdar idman ustası və əməkdar məşqçisi; "Neftçi" PFK-nın ilk prezidenti (1988–1997).[4]

Aydın İbrahimov
Şəxsi məlumatlar
Tam adı Aydın Əli oğlu İbrahimov
Vətəndaşlığı
  •  SSRİ[2]
  •  Azərbaycan
Doğum tarixi 17 sentyabr 1938(1938-09-17)
Doğum yeri
  • Kirovabad, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 2 sentyabr 2021(2021-09-02)[1] (82 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Vəfat səbəbi COVID-19[3]
Boyu 163 sm
Çəkisi 57 kq
İdman növü Güləş
Məşqçisi İbrahimpaşa Dadaşov
Medallar

Olimpiya Oyunları
Bürünc 1964 Tokio 57 kq.
Avropa çempionatı
Qızıl Sofiya 1963 57 kq.
Avropa çempionatı
Qızıl Karlsrue 1966 57 kq.
Fəxri idman adları
SSRİ əməkdar idman ustası SSRİ əməkdar məşqçisi

Mündəricat

  • 1 Fəaliyyəti
  • 2 Uğurları
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Fəaliyyəti

redaktə

1960-cı illərdə idmanın güləş növü ilə peşəkar səviyyədə məşğul olmuşdur.[4]

1988-ci ildə Bakının "Neftçi" komandasının prezidenti vəzifəsinə gətirilmişdir.[4] Onun fəaliyyəti dövründə klub SSRİ çempionatının Güclülər dəstəsinə vəsiqə qazana bilməsə də, müstəqil Azərbaycanın ilk milli çempionatının qalibi oldu, sonra isə daha iki dəfə ölkənin ən güclüsü adını qazanmışdır.[4] 1997-ci ildə bu postu tərk etmişdir.[4]

Bakının "Dinamo" idman cəmiyyətinin üzvü idi.

Görkəmli idmançı 2 sentyabr 2021-ci ildə 82 yaşında Covid-19 xəstəliyindən vəfat etmişdir.[5]

Uğurları

redaktə
  • Güləş üzrə 1963-cü il Dünya çempionu;
  • Güləş üzrə 1966-cı il Avropa çempionu;
  • Sərbəst güləş üzrə 57 kq çəki dərəcəsində 1964 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı.
  • 1964-cü il güləş üzrə SSRİ çempionu, 1963-cü il SSRİ gümüş mükafatcısı, 1960 və 1957-ci illər SSRİ bürünc mükafatçısı.
  • Klub prezidenti kimi futbol üzrə Azərbaycan çempionu (1992, 1996, 1997)[4]
  • Klub prezidenti kimi futbol üzrə Azərbaycan kubokunun qalibi (1995, 1996)[4]

İstinadlar

redaktə
  1. ↑ 1 2 Well-known sportsman Aydin Ibrahimov died of coronavirus (ing.).
  2. ↑ 1 2 Sports-Reference.com (ing.).
  3. ↑ Well-known sportsman Aydin Ibrahimov died of coronavirus.
  4. ↑ 1 2 3 4 5 6 7 8 Ağ-qara film Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine topsport.az, 31.03.2015  (az.)
  5. ↑ ""Neftçi"nin sabiq prezidenti Aydın İbrahimov vəfat edib". 2021-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-04.

Xarici keçidlər

redaktə
  • Aydın İbrahimovun fotosu və imzası
  •   İmza - Aydın İbrahimov - (16.11.2018) - CBC Sport
İdmançı və ya məşqçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aydın_İbrahimov&oldid=7978316"
LOVE.AZ