. Love.az

Aydin Elibalayev - Wikipedia - Love.az

Ana Səhifə - Aydin Elibalayev
Aydın Əlibalayev
Doğum tarixi 1950
Fəaliyyəti aktyor

Aktyor

redaktə

Həyatı

redaktə

A. Əlibalayev 1975-ci ildən S. Rəhman adına Şəki Dövlət Dram Teatrının aktyorudur. Orta təhsillidir. A. Əlibalayev 31 ildir ki, fasiləsiz olaraq işləyir. Bu illər ərzində müxtəlif səpgili 200ğ yaxın obraz yaratmışdır. Yüksək templi səsə və plastikaya malikdir. Oynadığı rollardan bəziləri: G. Xudayev "Arvadımın əri" – Kazbek, Şekspir "Kral Lir" – Kent, S. Rəhman "Aşnalar" – Qənbər, Anar "Adamın adamı" -Mərd Mazarov, İ. Coşqun "Komsomol poeması" -S. Vurğun, Hidayət "Məni qınamayın" -Salahov və sairə. Kollektivlə birlikdə Kubada, Moskvada, Qazanda, Yoşkar-Olada, Daşkənddə qastrol səfərlərində iştirak etmişdir.

Dəfələrlə pul mükafatı almış və fəxri-fərmanlarla təltif olunmuşdur. Salahov roluna görə A. Əlibalayev 2001-ci ildə "Qızıl Dərviş" mükafatına layiq görülmüşdür.

Filmoqrafiya

redaktə
  1. 1930-cu il Şəki üsyanı (film)
  2. O dünyadan salam (film, 1991)
  3. Şəki teatrında (film, 2006)
  4. Qaragülün nağılı (film, 2007)
  5. Bir ovuc torpaq (film, 2009)
  6. Cavad xan (film, 2009)
  7. Yaddaş (film, 2010)
  8. Sübhün səfiri (film, 2012)
Aktyor və ya aktrisa haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aydın_Əlibalayev&oldid=7586439"
LOVE.AZ