Aydın Allahverdi oğlu Əliyev (14 mart 1955, Arazdəyən, Vedi rayonu) — Azərbaycan aktyoru.
Aydın Əliyev | |
---|---|
Aydın Allahverdi oğlu Əliyev | |
Doğum tarixi | 14 mart 1955(1955-03-14) (70 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
![]() ![]() |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1975-ci ildən |
Mükafatları |
![]() ![]() |
IMDb | ID3108092 |
Aydın Allahverdi oğlu Əliyev 14 mart 1955-ci ildə anadan olub. M .Füzuli adına Ordubad şəhər 8 illik internat məktəbində təhsil alıb.[1] İrəvan kənd Təsərrüfatı Texnikumunu bitirib.
Hələ texnikumda oxuyarkən C. Cabbarlı adına İrəvan Dövlət Dram Teatrında Ş.Ələsgərovun "Ulduz" musiqili komediyasında- Müxbir, M.F.Axundzadənin "Sərgüzəşti Vəziri Xani Lənkəran" əsərində- Teymur ağa, C. Cabbarlının "Aydın" pyesi əsasında hazırlanmış tamaşada Aydın və Surxay obrazlarında çıxış etmişdir.
1975–1982-ci illərdə İrəvan Teatrında, 1982–1986-cı illərdə Şəki Dövlət Dram Teatrında, 1986–1992-ci illərdə isə Naxçıvan Dövlət Musiqili Dram Teatrında işləmişdir və bu illər ərzində onlarla tamaşalarda müxtəlif səpkili rollar yaratmışdır.[1]
1993-cü ildən Bakı Bələdiyyə Teatrında repertuarda olan tamaşalarda müxtəlif səpkili, yaddaqalan rolların mahir ifaçısıdır. Kinoda 20-dən çox obraz yaradıb.
İrəvan Dövlət Dram Teatrı
Bakı Bələdiyyə Teatrı