Aydın Arif oğlu Əlizadə (1989-cu ilə qədər Əliyev; 21 oktyabr 1963, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan filosofu, kulturoloqu, din araşdırmaçısı, tarixçisi, sosioloqu, polemisti, yazıçısı. İskəndər Əliyevin və Abutalıb Abdullayevin nəvəsidir.
Aydın Əlizadə | |
---|---|
Aydın Əliyev (1989-cu ilə qədər) | |
![]() | |
Doğum tarixi | (61 yaş) |
Doğum yeri | SSRİ, Azərbaycan SSR, Bakı şəhəri |
Vətəndaşlığı |
![]() ![]() |
Elm sahələri | Fəlsəfə tarixi, Fəlsəfə, Dinşünaslıq, Kulturologiya, Tarix, Sosiologiya |
Elmi dərəcəsi | Fəlsəfə üzrə elmlər doktoru |
Elmi adları | Baş elmi işçi, dosent |
İş yerləri | AMEA Fəlsəfə və Sosiologiya İnstitutu |
Alma-mater | Azərbaycan İnşaat Mühəndisləri İnstitutu |
Təhsili | Ali |
Üzvlüyü | |
alizadeh.narod.ru/index1… | |
![]() |
1963-cü ildə Bakı şəhərində anadan olmuşdu. 1980-ci ildə orta məktəbi bitirmiş, 1988-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda ali təhsil almışdı. 1981−1983-cü illərdə SSRİ Hərbi dəniz güvvələrində qulluq etmişdi. Bakı İstehsalat Qaz İdarəsində ("Bakıqaz"da) çilingərdən sahə rəisinə qədər əmək yolu keçmiş, daha sonra təsərrüfat fəaliyyətini bitirmişdi.
Elmi fəaliyyəti 1997−2000-ci illərdən başlamış, o zaman Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq (indiki Fəlsəfə və Sosiologiya) institutunun dissertantı olmuşdu. 2001-ci ildə namizədlik, 2009-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdi.
2003-cü ildən bu günə kimi AMEA Fəlsəfə və Sosiologiya institutunda elmi işçidən baş elmi işçi vəzifəsinə qədər yüksəlmişdir[1]. İnstitutunun ictimai elmlər üzrə Dissertasiya şurasının üzvü[2] olmuşdu.
Azərbaycanda və xarici ölkələrdə dərc edilmiş kitabların (monoqrafiyalarin, polemik və apologetik əsərlərin, ensiklopedik lüğətlərin, dərsliklərin, ədəbi əsərlərin)[3] məqalələrin[4] və tərcümələrin[5] müəllifidir. Rusiya və Azərbaycan müəllifləri tərəfindən yazılmış bir sıra kitabların elmi redaktoru olmuşdur[6].
Əsərlərinə xarici və yerli alimlər çoxlu sayda istinadlar edirlər[7]. Bir çox beynalxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdi[8]. Elmi sahədə bir çox nailiyyətlər əldə etmişdir[9].
2005–2015-cü illərdə Bakı Musiqi Akademiyasında, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Fərabi adına Qazaxıstan Milli Universitetində — fəlsəfə, dinşünaslıq, kulturologiya, din fəlsəfəsi, dinlərin tarixi, ekologiya, sosial antropologiya, əməyin sosiologiyası, insan alveri fənləri üzrə mühazirələr oxumuşdur[18]. 2008-ci ildə dosent adını almışdır[1].
Sosial şəbəkələrdə apardığı polemikalarla[19], eləcə də ictimai çıxışları[20], müsahibələri[21] və KİV-lərdə məqalələri[22] tanınmışdır. "Wikipedia" virtual ensiklopediyasında 300-dən çox məqalələrin təsisçisi və redaktorudur[23].
Vikianbarda Aydın Əlizadə ilə əlaqəli mediafayllar var. |