. Love.az

Aydin Agdasli - Wikipedia - Love.az

Ana Səhifə - Aydin Agdasli

Aydın Ağdaşlı (30 oktyabr 1940, Rəşt) — Şimali Azərbaycan əsilli İran rəssamı, sənət tarixçisi, sənət tənqidçisi, film tənqidçisi və qrafik dizayneri.

Aydın Ağdaşlı
Ağdaşlı Aydın Məmməd oğlu
Doğum tarixi 30 oktyabr 1940 (84 yaş)
Doğum yeri
  • Rəşt, Mərkəz bəxşi[d], Rəşt şəhristanı, Gilan ostanı, İran
Həyat yoldaşları Şöhrə Ağdaşlı (1972–1979), Firuzə Atari (1981-indi)
Uşaqları Tara, Təkin (Firuzə Atari ilə evliliyindən)
Atası Məmməd Ağdaşlı
Anası Nahidə Ağdaşlı
Təhsili
  • Tehran Universiteti
Fəaliyyəti rəssam, qrafik dizayner, yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ailəsi və ilk illəri

redaktə

Atası Məmməd Hacıyev 1919–1920-ci illər arasında Azərbaycan Demokratik Respublikası daxili işlər naziri vəzifəsində işləmişdir. Qızıl Ordunun ölkəni işğal etməsindən sonra yoldaşı Nahidə ilə birlikdə Bakını tərk edərək Təbrizə sığındılar. İranda Sovet casuslarının təqibini önləmək üçün Hacıyev olan soyadını Ağdaşlı olaraq dəyişdirmişdir. Rəştə qaçdılar və burada Aydın Ağdaşlı doğuldu. Daha sonra isə Aydın Ağdaşlı 5 yaşlı ikən Tehrana köçdülər. 14 yaşlı ikən çəkdiyi rəsmləri satmağa başladı. İki il sonra atasını böyrək xəstəliyindən itirdi.

İran Şahbanusu Fərəh Pəhləvi tərəfindən "Şahbanu Şəxsi Bürosunun Sənət İşləri Başçısı" olaraq təyin edildi. Vəzifə olaraq Tehran Müasir Sənət Muzeyinə Endi Uorxol, Pablo Pikasso və Klod Mone kimi müasir sənətçilərin rəsmlərini satın alırdı. 1977-ci ildə Tehranda Rza Abbasi Muzeyinin qurulmasında köməkçi oldu və 1979-cu ilə qədər də muzeydə başçılıq etdi.[1] İran İnqilabı sonrasında rəsmi vəzifələri əlindən alınıb və Xomeyni rejiminin təhdidi altında yaşamağa başlamışdır. 1989-cu ilə qədər xaricə çıxışına qadağan gətirilmişdir.[2]

Mənbələr

redaktə
  1. ↑ "آغداشلو، عابری کنار دیوار". 2014-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-12.
  2. ↑ "Iranian art offers window to changing world". 2012-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-12.

Xarici keçidlər

redaktə
  • Aydın Ağdaşlı Veb Saytı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aydın_Ağdaşlı&oldid=7036389"
LOVE.AZ