Aydın Ərşad oğlu Dadaşov (1 mart 1952, Ağdam – 15 mart 2017, Bakı) — Azərbaycan kinoşünası, kinodramaturq, rejissor, filologiya üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2005), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1988).
Aydın Dadaşov | |
---|---|
Aydın Ərşad oğlu Dadaşov | |
Doğum tarixi | |
Doğum yeri | Ağdam, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | qəfil ürək tutması |
Dəfn yeri | |
Vətəndaşlığı |
![]() ![]() |
Elm sahələri | teatr, kino, televiziya, jurnalistika |
Elmi dərəcəsi | filologiya üzrə elmlər doktoru |
Elmi adı | professor |
Tanınır | rejissor, ssenarist, kinoşünas, pedaqoq |
Mükafatları |
![]() ![]() |
Aydın Dadaşov 1 mart 1952-ci ildə Ağdam şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) iqtisad fakültəsini bitirib. 1980-ci ildə Leninqrad Dövlət Теatr, Musiqi və Kinematoqrafiya İnstitutunu (indiki Sankt-Peterburq Teatr Akademiyasının) dram sənəti fakültəsini, 1982-ci ildə isə Moskvada ikiillik ali rejissorluq və ssenari kurslarını bitirmişdir.
Aydın Dadaşov15 mart 2017-ci ildə qəfil ürək tutmasından dünyasını dəyişib.
Aydın Dadaşov 1975-ci ildə C. Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasında bədii flimlər üzrə direktor, rejissor və rekdaktor kimi çalışıb. 1989-cu ildən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin "Televiziya və radio jurnalistikası" kafedrasında çalışmışdır. 2000-ci ildən həmin kafedranın dosenti, 2006-cı ildən isə kafedranın professoru idi.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino və televiziya" fakültəsinin "Kinoşünaslıq" kafedrasının rəhbər olmuşdur. Burada o, "Ekran dramaturgiyası", "Ssenari yaradıcılığı", "Televiziya tənqidi" və "KİV-də reklam və marketinq problemləri" fənnlərini tədris etmişdir.
Kinoda 30-a yaxın filmin rejissoru, 50-ə yaxın filmin ssenari müəllifi olmuşdur. Eyni zamanda bir neçə filmdə film direktoru və redaktor kimi çalışmışdır.
Film direktoru kimi
Rejissor kimi
Ssenari müəllifi kimi
Redaktor kimi