. Love.az

Aydin Kerimov Huquqsunas - Wikipedia - Love.az

Ana Səhifə - Aydin Kerimov Huquqsunas
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Aydın Kərimov.

Aydın Məmməd oğlu Kərimov (1 iyul 1956, Mahmudkənd, Noraşen rayonu) — Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü, Azərbaycan Respublikası ədliyyə nazirinin birinci müavini, Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədr müavini, Əlincə Cəmiyyətinin sədr müavini.

Aydın Kərimov
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü
7 aprel 1992 – ?
Təmsil etdiyiAzərbaycan Xalq Cəbhəsi
Azərbaycan Respublikası ədliyyə nazirinin birinci müavini
29 iyul 1992 – 16 avqust 1993
Nazirİlyas İsmayılov
ƏvvəlkiSüdabə Həsənova
SonrakıSüdabə Həsənova
Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədr müavini
1991 – 199?
SədrTamerlan Qarayev (1990-1991)
Arif Hacılı (1992)
Şəxsi məlumatlar
Doğum tarixi 1 iyul 1956(1956-07-01) (68 yaş)
Doğum yeri
  • Mahmudkənd, Noraşen rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Partiya
  • Azərbaycan Xalq Cəbhəsi
Təhsili
  • Naxçıvan Dövlət Universiteti
Fəaliyyəti siyasətçi

Həyatı

redaktə

Aydın Məmməd oğlu Kərimov 1 iyul 1956-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Şərur rayonunun Mahmudkənd kəndində doğulmuşdur. Naxçıvan Dövlət Universitetinin Tarix-ədəbiyyat və Samara Dövlət Universitetinin Hüquq fakültələrində ali təhsilini almışdır. Bir müddət hüquqşünas olaraq fəaliyyət göstərmişdir.[1]

Evlidir, 3 övladı var.

İctimai-siyasi fəaliyyəti

redaktə

Aydın Kərimov Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur. 1991-ci ildə o, Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin sədr müavini seçilmişdir. O, həmçinin, Azərbaycan Xalq Cəbhəsi nizamnaməsinin və proqramının həmmüəlliflərindəndir.[1]

Aydın Kərimov 29 iyul 1992-ci ildə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 47 nömrəli fərmanı ilə Azərbaycan Respublikası ədliyyə nazirinin birinci müavini vəzifəsinə təyin olunmuşdur.[2] O, 16 avqust 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan Ali Sovetinin sədri Heydər Əliyevin 495 nömrəli sərəncamı ilə bu vəzifədən azad edilmişdir.[3]

Aydın Kərimov 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi və Əlincə Xeyriyyə Cəmiyyəti üzvü olaraq xalq deputatları seçkiləri üzrə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası üzvlüyünə namizəd göstərilmiş və seçilmişdir.[4]

Aydın Kərimov Əlincə Cəmiyyətinin sədr müavini olmuşdur. O, 1992-ci ildən Müstəqil "Qanun" jurnalının baş redaktoru, 1994-cü ildən isə Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin (MEPHM) prezidentidir. O, həmçinin Türkiyə Respublikasında dərc olunan "Türk yurdu" jurnalının Azərbaycandakı təmsilçisidir.[1]

1995-ci il parlament seçkilərində Aydın Kərimov Azərbaycan Xalq Cəbhəsi Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 11-ci sırada olmuşdur.[5] Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə proporsional siyahı üzrə 346 192 (9.6%) səs toplayaraq siyahısından ilk 3 nəfərin deputat seçilməsinə nail olmuşdur.[6] Beləliklə, Aydın Kərimov deputat seçilə bilməmişdir.

Aydın Kərimov 2010-cu illərdə Azərbaycan Respublikasının Ombudsman Aparatı Ekspertlər Şurasının sədri vəzifəsində çalışmışdır.[7]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Кәримов Ајдын Мәммәд оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 262. ISBN 5-89600-253-x.
  2. ↑ "A.M.Kərimov haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". E-qanun.az. 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-16.
  3. ↑ "A. M. Kərimov haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". E-qanun.az. 2017-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-16.
  4. ↑ "Azərbaycan Respublikası xalq deputatları seçkiləri üzrə Mərkəzi seçki komissiyasının tərkibində dəyişiklik edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI ALİ SOVETİ MİLLİ ŞURASININ QƏRARI". E-qanun.az. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-16.
  5. ↑ modern.az. ""Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi - FOTO". modern.az (az.). 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
  6. ↑ Şahin Cəfərli. "Azərbaycanda parlament seçkiləri: daha bir itirilmiş şans". Bakı Araşdırma Mərkəzi. 2021-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.
  7. ↑ "OMBUDSMAN RƏBİYYƏT ASLANOVA OLACAQ". Musavat.com. 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-16.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Aydın_Kərimov_(hüquqşünas)&oldid=7749827"
LOVE.AZ