Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 13 gün əvvəl Freiheiten (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Aynur Səfiyeva (31 mart 1974) — Azərbaycanlı alim, ümumi cərrah, tibb elmləri doktoru, kolorektal cərrahiyyə üzrə ilk qadın elmlər doktoru. 2016-cı ildən 2021-ci ilə kimi Avropa Koloproktologiya Cəmiyyətinin Azərbaycan üzrə ilk milli təmsilçisi və 2021-ci ildən Avropa Koloproktologiya Cəmiyyətinin Şərqi Avropa üzrə Regional Təmsilçisi, AMEA-nın Əlaqələndirmə Şurasının Tibb üzrə elmi katibi və Azərbaycan Kolon Rektum Cərrahi Dərnəyinin elmi katibidir.
Aynur Səfiyeva | |
---|---|
Doğum tarixi | 31 mart 1974(1974-03-31) (51 yaş) |
Təhsili | |
Fəaliyyəti | alim, cərrah |
Elmi dərəcəsi | |
Mükafatları |
![]() |
Aynur Səfiyeva 1974-cü ilin 31 martında anadan olmuşdur. 1991-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1997-ci ildə fərqlənmə ilə bitirmişdir. 1997–1998-ci illərdə Məlikov adına 6 saylı Bakı Xəstəxanasında internatura keçmişdir. 1999-cu ildə Gürcüstanda Tbilisi Mərkəzi Xəstəxanasında diplomdan sonrakı təhsil təcrübəsi əldə etmişdir. 2004–2007-ci illərdə Səudiyyə Ərəbistanın Cizan şəhərində ümumi cərrahiyyə ixtisası üzrə təhsil almışdır. 2007-ci ildə Səudiyyə Ərəbistanın Əbu Ariş Mərkəzi Xəstəxanasında ultrasəs müayinəsin üzrə təlim keçmişdir. 2009-cu ildə Türkiyənin Ankara Universitetində kolorektal cərrahiyyə ixtisası üzrə, 2010-cu ildə isə həmin universitetdə GIS endoskopiyası üzrə ixtisaslaşma keçmişdir. 2012-ci ildə İtaliyanın Modena şəhərində Yeni Müqəddəs Avqustin Xəstəxanasında kolorektal cərrahiyyə üzrə ixtisas təhsili almışdır. 2013-cü ildə İstanbulda CAPA xəstəxanasında Anorektal fiziologiya üzrə kurs keçmiş, daha sonra Avstriyanın Vyana Tibb Universitetində Kolorektal cərrahiyyə üzrə ixtisasartırma etmişdir. 2015-ci ildə İstanbul Universitetinin İstanbul Tibb Fakültəsində Çoxölçülü yanaşma Obstetric Anal sfinkter zədəsi və anorektal ultrasəs üzrə təlim keçmişdir.[1][2]
Aynur Səfiyeva həmçinin Avstriyanın Zalsburq şəhərində travma və təcili cərrahiyyə proqramının ilk hissəsini 2008-ci ildə, 2-ci hissəsini 2009-cu ildə, 3-cü hissəsini isə 2011-ci ildə bitirərərk məzun olmuşdur.
2022-ci ilin aprelin 12-də tibb elmləri doktoru elmi adını almaq üçün "Kolorektal poliplərdə kök hüceyrələrinin kliniki əhəmiyyəti" mövzusunda elmi işini ATU-da müdafiə etmişdir.[2] Daha sonra tibb elmləri doktoru elmi dərəcəsini almışdır. O, kolorektal cərrahiyyə üzrə ilk qadın elmlər doktorudur.[3]
Aynur Səfiyeva 29 yanvar 2022-ci il tarixində "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.[4]
Aynur Səfiyeva əmək fəaliyyətinə 1998-ci ildə Məlikov adına 6 saylı Bakı Xəstəxanasında cərrah kimi başlamış və 2004-cü ilə kimi bu vəzifəni icra etmişdir. Həmin ildən 2007-ci ilə kimi əmək fəaliyyətini Səudiyyə Ərəbistanda Əbu Ariş Mərkəzi Xəstəxanasında davam etdirmişdir. 2007–2009-cu illərdə Bakıda Mediclub Klinikasında məsləhətçi, koloproktoloq kimi işləmişdir. Daha sonra 2009-cu ildə Türkiyənin Ankara Tibb Universitetində lolorektal cərrahiyyə, 2010-cu ildə isə aşağı və yuxarı endoskopiya prosedurları üzrə çalışmışdır. 2012-ci ildə İtaliyanın Modena şəhərində Yeni Müqəddəs Avqustin Xəstəxanasında laparoskopik kolorektal cərrahiyyə üzrə, 2013-cü ildə isə Türkiyənin İstanbul Universitetinin Tibb Fakültəsinin cərrahi endoskopiya şöbəsində anal kanalının fizioloji tədrisi üzrə fəaliyyət göstərmişdir.
Hazırda 2009-cu ildən Mərkəzi Gömrük Xəstəxanasında ümumi cərrah vəzifəsini icra edir.
Aynur Səfiyeva karyerası boyunca müxtəlif tibbi mövzularda, xüsusilə kolorektal poliplər, kök hüceyrələr və mədə-bağırsaq xəstəlikləri ilə bağlı çoxsaylı tədqiqat işləri və araşdırmalar aparmışdır.
Onun kolorektal poliplərlə bağlı tədqiqatlarına onların yayılması, risk faktorları, diaqnoz və müalicə ilə bağlı araşdırmalar daxildir. O, həmçinin kolorektal adenomaların inkişafında kök hüceyrələrin rolunu, eləcə də kolorektal poliplərdə kök hüceyrələrin proqnostik əhəmiyyətini araşdırıb. Bundan əlavə, o, kolorektal poliplərin kanserogenezində CD 133 və ya prominin-1 kimi xüsusi markerlərin istifadəsini araşdırmışdır.
Qəbizliyi olan xəstələrdə obstruktiv defekasiya sindromu, onun diaqnostikası və müalicəsi ilə bağlı elmi araşdırmalar etmişdir. Bundan əlavə onun tədqiqatında dimunitif poliplərdə xərçəngləşmə riski, xərçəng riski yüksək olan giqant poliplərdə endoskopik müdaxilələr də yer almışdır.[5]
O həmçinin anal fistulalarda lazerlə müalicə üsulları üzərində araşdırma etmişdir. Trombofibrinogen tərkibli gelin hazırlanma texnikası və pararektal fistulların müalicəsində tətbiqi və trombofibrinogen gel müalicə vasitəsi kimi və onun pararektal fistullarda tətbiqi üzərində elmi fəaliyyət göstərmişdir.[6]
2016-cı ildən 2021-ci ilə kimi Avropa Koloproktologiya Cəmiyyətinin Azərbaycan üzrə ilk milli təmsilçisi və 2021-ci ildən Avropa Koloproktologiya Cəmiyyətinin Şərqi Avropa üzrə Regional Təmsilçisi, AMEA-nın Əlaqələndirmə Şurasının Tibb üzrə elmi katibidir.[5][7]
2009-cu ildən Türk Cərrahi Dərnəyinin və Türk Kolorektal Cərrahi Dərnəyinin, həmçinin ABŞ-Avstriya Davamlı Təhsil Mərkəzinin üzvüdür.
2018-ci ildən Azərbaycan Kolorektal Cərrahi Dərnəyinin İdarə heyətinin üzvü, elmi katibi və 2021-ci ildən AMEA-nın Əlaqələndirmə Şurasının üzvüdür.[5]
Aynur Səfiyeva həmçinin Azərbaycan Kolon Rektum Cərrahi Dərnəyinin elmi katibidir.