. Love.az

Azer Ibrahimov Herbci - Wikipedia - Love.az

Ana Səhifə - Azer Ibrahimov Herbci


Azər Oqtay oğlu İbrahimov (1969, Bakı) - Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Müdafiə Nazirliyin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi.

Azər İbrahimov
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının rəisi
2022 – 2024
ƏvvəlkiAqil Babayev
SonrakıFaiq Məmmədov
Şəxsi məlumatlar
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Rütbəsi
General-mayor

Prezident İlham Əliyevin sərəncamı ilə ona 16 avqust 2018-ci ildə general-mayor rütbəsi verilib[1].

2015-2022-ci illərdə Dövlət Sərhəd Xidmətinin (DSX) İstintaq və Təhqiqat İdarəsinin rəisi idi. 2022-2024-cü illərdə Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının rəisi olmuşdur.

2025-ci ildə Müdafiə Nazirliyin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin təyin olunmuşdur.[2]

“Azərbaycan bayrağı”, “Hərbi xidmətlərə görə” və s. orden-medallarla təltif edilib.[3][4]

Azər İbrahimovun 44 günlük Vətən müharibəsində döyüşdüyü və Cəbrayıl istiqamətində düşmənə qarşı əməliyyatlarda fərqləndiyi bildirilir. O, Prezidentin sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə də təltif edilən generallardan biridir.

  1. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2025-04-06.
  2. ↑ "Azər İbrahimova MN-də yüksək vəzifə verildi". Qafqazinfo (az.). 2025-04-04. İstifadə tarixi: 2025-04-06.
  3. ↑ "Prezidentin rəis təyin etdiyi general kimdir?". Yeni Çağ (az.). 2022-12-20. İstifadə tarixi: 2025-04-06.
  4. ↑ "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az. İstifadə tarixi: 2025-04-06.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azər_İbrahimov_(hərbçi)&oldid=8101579"
LOVE.AZ