. Love.az

Azer Cirttan - Wikipedia - Love.az

Ana Səhifə - Azer Cirttan
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Azər Cırttan (azərb. Azər Məmmədov‎; 15 dekabr 1979, Bakı) — müasir Azərbaycanlı musiqiçi, rəssam, şair.

Azər Cırttan
azərb. Azər Məmmədov‎
Ümumi məlumatlar
Doğum tarixi 15 dekabr 1979 (45 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Fəaliyyət illəri 1997 - günümüz
Janrlar Jazz və Folk
Musiqi aləti Gitara
Səs tembri Lirik tenor
Əlaqələri Miri Yusif, Teymur Nadir

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
    • 2.1 Musiqilər
  • 3 Xarici keçidlər

Həyatı

redaktə

Azər Məmmədov 1979-cu ilin 15 dekabr tarixində Bakı şəhərində anadan olmuşdur. İbtidai və orta təhsili Bakı şəhərində almışdır. 1996-cı ildə Azərbaycan Respublikasının dövlət təqaüdünə haqq qazanaraq təhsilini Türkiyədə davam etmişdir. Anadolu Üniversiteti, İqtisat Elmləri fakültəsindən 2002-ci ildə məzun olmuşdur. 2004-cü ildə hərbi xidmətini başa vurmuşdur. 2005-ci ildən Türkiyə, Rusiya və Ukraynada müxtəlif şirkətlərdə çalışmışdır. Evlidir. 2 qız atasıdır.

Fəaliyyəti

redaktə

Musiqi fəaliyyətinə 1997-ci ildə başlamışdır. 2010-cu il Sankt Peterburq şəhərində keçirilən North Jazz Festivalının əsas iştirakçılarındandır. Türkiyə və Rusiyada müxtəlif musiqi qrupları ilə əməkdaşlıqdan sonra 2011-ci ildən etibarən musiqi fəaliyyətini tək davam etməkdədir.

Azər Cırttan, Azərbaycan, Rus, Türk və İngilis dillərində 80-dən çox mahnının müəllifidir. Müxtəlif müasir musiqiçilərlə əməkdaşlıq etmişdir. Onlar arasında Teymur Nadir, Rüstəm Məmmədov, Miri Yusif, Kamil Hajiyev (No- Land Türkiyə), SoyuzApollo vardır. Bir çox Avropa ölkəsində, Türkiyədə, Rusiyada konsertlər vermişdir. 2011-ci ildən etibarən Hollandiyada yaşamaqdadır.

Musiqilər

redaktə
  • Ana
  • Yağmur
  • Murakami, Pasternak və hamıya oxşamaq istəyən adam
  • Yat quzu balam
  • Balama
  • Oyunlar
  • Niyə uzundur bu yollar
  • Ayın üstündə ayaq izlərimiz
  • Həyata arxaya dönüb baxmıram
  • Qabonlunun hekayəsi
  • Ləpirçi
  • Uzağın bir adı var
  • Divar
  • Analoqu Olmayan

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azər_Cırttan&oldid=6652841"
LOVE.AZ