. Love.az

Azer Qasimov Siyasetci - Wikipedia - Love.az

Ana Səhifə - Azer Qasimov Siyasetci
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Azər Qasımov.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Azər Qasımov (tam adı: Qasımov Azər Məhəmməd oğlu; (22 iyun 1966, Bakı) — Azərbaycan Respublikası Prezidentinin sabiq Mətbuat katibi (2004-2025)

Azər Qasımov
Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi
13 mart 2004 – 17 fevral 2025
Prezidentİlham Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 22 iyun 1966(1966-06-22) (58 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni

Həyatı

redaktə

Azər Qasımov 22 iyun 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu, Bakı Dövlət Universitetini və Çenq Du Universiteti (Çin) bitirmişdir.[1]

1994-cü ildə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində tərcüməçi, 1994–1995-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Beynəlxalq təşkilatlar idarəsində attaşe, 1995–1996-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq idarəsində attaşe, 1996–1997-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda attaşe, 1997–1999-cu illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində attaşe, üçüncü katib, 1999–2000-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Asiya, Afrika və Latın Amerikası ölkələri idarəsində üçüncü katib, ikinci katib, 2000–2004-cü illərdə isə Azərbaycan Respublikasının Milli Məclisi Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 13 mart 2004-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi təyin edilib. 17 fevral 2025-ci ildə Prezidentin müvafiq sərəncamı ilə bu vəzifədən azad edilib.[2]

İstinadlar

redaktə
  1. ↑ "ADMİNİSTRASİYA: Struktur: Qasımov Azər Məhəmməd oğlu" (az.). president.az. 2014. 2015-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-27.
  2. ↑ "A.M.Qasımovun Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2025-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-02-17.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azər_Qasımov_(siyasətçi)&oldid=8075720"
LOVE.AZ