. Love.az

Azer Qismet - Wikipedia - Love.az

Ana Səhifə - Azer Qismet
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Azər Məmmədov.

Azər Qismət (tam adı: Azər Həsənağa oğlu Məmmədov; 9 oktyabr 1972, Sabirabad) — azərbaycanlı yazıçı, publisist, televiziya aparıcısı, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Azər Məmmədov
Azər Həsənağa oğlu Məmmədov
Təxəllüsü Azər Qismət
Doğum tarixi 9 oktyabr 1972(1972-10-09) (52 yaş)
Doğum yeri
  • Sabirabad, Sabirabad rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Atası Həsənağa Məmmədov
Təhsili
  • Bakı Dövlət Universiteti
İxtisası jurnalist
Fəaliyyəti televiziya aparıcısı
Fəaliyyət illəri 1991-ci ildən
Əsərlərinin dili Azərbaycan dili
İstiqamət ədəbi realizm, magik realizm
Janrlar povest, Novella
İlk əsəri "Duman" hekayə və novellalar toplusu
Tanınmış əsərləri "Çuğullar" romanı, "Xanım taksi" əsəri
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Filmoqrafiya
  • 3 Mükafatları
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı

redaktə

Azər Məmmədov 1972-ci il oktyabrın 9-da Sabirabad şəhərində anadan olmuşdur. Burada 5 saylı orta məktəbi bitirdikdən sonra Sabirabad rayonunda Təsərrüfatlararası Tikinti İdarəsində fəhləlik etmişdir (1989–1991). Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini telejurnalistika ixtisası üzrə bitirib (1991–1996). Universitet illərində BMTİ teleşirkətində çalışıb, "Telebenefis" və Xəbərlər verilişlərinin aparıcısı olub. Tələbə ikən Azərbaycanda ilk dəfə azərbaycandilli Şən və Hazırcavablar Klubunun təsisçilərindən biri kimi tanınıb. UŞU (Universitetin Şən Uşaqları) komandasının ssenari müəllifi kimi fəaliyyət göstərib. Parodiyalar üzrə diplomları var. Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir. (1997–1998). 168 saat qəzeti redaksiyasında redaktor (1998–2000), "Bizim əsr" qəzetində müxbir (2000–2002) işləmişdir.

Uşaq yaşlarından bədii yaradıcılığa həvəs göstərmişdir. İlk mətbu yazısı Azərbaycan pioneri qəzetində çıxmışdır (1981). Bundan sonra dövri mətbuatda və almanaxlarda hekayə, novella və məqalələrlə çıxış etmişdir.

"Duman" hekayə və novellalar, "Çuğullar" və Sankt-Peterburqda rus dilində dərc edilmiş "Mən məşuqam" romanlarının müəllifidir. Ədəbiyyat üzrə Prezident təqaüdçüsüdür. 2016-cı ildə Azərbaycanda keçirilən hekayə yarışmasına qatılıb, münsiflər heyətinin yekdil qərarına əsasən 400 nəfər arasından 1-ci yerə layiq görülüb. "Hamilə dəli" hekayəsi MDB ölkələri üzrə keçirilən "Sodrujestva" ədəbiyyat müsabiqəsində 2-ci yer tutub. Hekayə, novella və publisistik məqalələri Yaponiya, İran, Rusiya, Qazaxıstan, Ukrayna, Polşa, Çexiya və Macarıstanın ədəbi portallarında dərc edilib.[1]

 
Azər Qismətin "İlbizlər" kitabının təqdimatından. 29 dekabr 2021-ci il.

Xidmətlərinə görə "İlin debütant yazarı" diplomuna və bir sıra fəxri tərifnamələrə layiq görülmüşdür.

ANS-media və yayım şirkətində Xəbərçi və İç xəbər[2] verilişlərinin aparıcısı olub. Hazırda AzTV-nin Ədəbi-dram üzrə baş redaktorudur.[3]

Filmoqrafiya

redaktə
  1. Kənd saatı (veriliş, 2007)

Mükafatları

redaktə
  • 2017-ci ildə Azərbaycanda keçirilən hekayə müsabiqəsində "Hamilə dəli" hekayəsi ilə 1-ci yerə layiq görülüb.
  • MDB ölkələri üzrə hekayə müsabiqəsində gümüş medala layiq görülüb.

İstinadlar

redaktə
  1. ↑ BLOQ. "Yazıçı, jurnalist, tənqidçi, redaktor- Azər Qismət" (az.).[ölü keçid]
  2. ↑ "XALQ ÖZ QƏHRAMANLARINI TANIMALIDIR!" (az.). İç xəbər. 2019-10-01 tarixində orijinalından arxivləşdirilib.
  3. ↑ qafqazinfo.az. "AzTV-nin yeni sədri Azər Qismətə yüksək vəzifə verdi" (az.). 06.03.2019/ 09:34. 2019-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.09.2019.

Xarici keçidlər

redaktə
  Vikianbarda Azər Qismət ilə əlaqəli mediafayllar var.
  • Azər Qismətin Facebook profili
  • Günel Fərhadqızı Emin (Antimental) Gunel Farkhad Emin. "Qeyri-rəsmi müsahibə — jurnalist Azər Qismət" (az.). guneleminzade.wordpress.com. 2017-04-10.
  • Günel Fərhadqızı Emin (Antimental) Gunel Farkhad Emin. "Gülüşündə gizlənən və gülüşünü gizlədən adam — Azər Qismət" (az.). guneleminzade.wordpress.com. 2017-08-15.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azər_Qismət&oldid=7439249"
LOVE.AZ