. Love.az

Azerbaycanin 9 Mocuzesi - Wikipedia - Love.az

Ana Səhifə - Azerbaycanin 9 Mocuzesi
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var.
Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər.

"Azərbaycanın 9 möcüzəsi" — IDEA-nın layihəsi; Azərbaycanın 9 milli parkı haqqında geniş sənədli filmlərdən ibarət silsilə.[1]

Məqsədi

redaktə

Layihənin məqsədi Azərbaycanın əsrarəngiz təbii gözəlliklərini təbliğ etmək və onların mühafizəsinin vacibliyini diqqətə çatdırmaqdır.[1]

Filmlər

redaktə

Bu layihə çərçivəsində "Şirvan Milli Parkı" adlı ilk film 2014-cü ildə ictimaiyyətə təqdim olunmuşdur.[1] Film Azərbaycanın yerli telekanallarında, habelə beynəlxalq film festivallarında, “Rossiya-Kultura” telekanalında nümayiş olunmuşdur.[1]

2015-ci il aprelin 24-də Bakıda, "Nizami" Kino Mərkəzində "Azərbaycanın 9 möcüzəsi" silsiləsindən ikinci filmin – "Quşlar cənnəti - Ağgöl Milli Parkı" adlı sənədli filmin təqdimat mərasimi keçirilmişdir.[1][2]

Növbəti illərdə Göygöl, Şahdağ, Hirkan, Altıağac, Zəngəzur, Abşeron və Samur-Yalama milli parklarından bəhs edən 7 filmin filmin çəkilişi planlaşdırılır.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 “Nizami” Kino Mərkəzində “Quşlar cənnəti - Ağgöl Milli Parkı” sənədli filmi təqdim olunub Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. azertag.az, 24.04.2015  (az.)
  2. ↑ “Nizami” Kino Mərkəzində “Quşlar cənnəti – Ağgöl Milli Parkı” sənədli filmi təqdim olunub: Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva təqdimat mərasimində iştirak edib: [İqor Bışnyovun quruluşunda] //Azərbaycan.- 2015.- 25 aprel.- S.5.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azərbaycanın_9_möcüzəsi&oldid=7575420"
LOVE.AZ