. Love.az

Azerbaycanin Milli Qehremani - Wikipedia - Love.az

Ana Səhifə - Azerbaycanin Milli Qehremani

Azərbaycanın Milli Qəhrəmanı — Azərbaycan Respublikasının fərqlənmə dərəcəsi.[1][2]

Azərbaycanın Milli Qəhrəmanı

Ölkə Azərbaycan Azərbaycan
Tip Medal
Təltif edir
  • Azərbaycan Respublikasının Prezidenti
Status Təqdim olunur
Statistika
Təsis tarixi 25 mart 1992
İlk təltif
  • 6 iyun 1992
  • Azərbaycan Məhərrəm Seyidov
Son təltif
  • 29 dekabr 2024
  • Azərbaycan Hökumə Əliyeva
Təltif sayı 222 nəfər
Ardıcıllıq
Yüksək mükafat "Vətən Müharibəsi Qəhrəmanı" medalı
Aşağı mükafat "Vətən uğrunda" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Təsis edilməsi
  • 2 Əsasnaməsi
  • 3 Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı
  • 4 Azərbaycanın Milli Qəhrəmanları
  • 5 Əmək fəaliyyəti
  • 6 İstinadlar
  • 7 Həmçinin bax
  • 8 Xarici keçidlər

Təsis edilməsi

redaktə

Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi olan "Azərbaycanın Milli Qəhrəmanı" adı ""Azərbaycanın Milli Qəhrəmanı" adının müəyyən olunması haqqında" Azərbaycan Respublikasının 25 mart 1992-ci il tarixli, 331-XII nömrəli Qanunu ilə müəyyən olunmuşdur.[1]

Əsasnaməsi

redaktə

"Azərbaycanın Milli Qəhrəmanı" adı haqqında əsasnamə Azərbaycan Respublikasının 1992-ci il 15 iyul tarixli 209 nömrəli Qanunu ilə təsdiq edilmişdir.

  • "Azərbaycanın Milli Qəhrəmanı" adı respublikanın ən yüksək fərqlənmə dərəcəsidir, Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir.
  • "Azərbaycanın Milli Qəhrəmanı" adı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir.
  • Azərbaycanın Milli Qəhrəmanına aşağıdakılar təqdim edilir:
  • xüsusi fərqlənmə nişanı — səkkizguşəli "Qızıl Ulduz" medalı;
  • "Azərbaycanın Milli Qəhrəmanı" adının verilməsi haqqında Fərman.
  • "Azərbaycanın Milli Qəhrəmanı" adı eyni şəxsə bir dəfə verilir.
  • Azərbaycanın Milli Qəhrəmanı qanunvericiliklə müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir.
  • "Qızıl Ulduz" medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır.
  • "Azərbaycanın Milli Qəhrəmanı" adı almış şəxslər həmin addan yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhrum edilə bilərlər.
— medal haqqında ƏSASNAMƏ[2]

Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı

redaktə
Əsas məqalə: "Ay-Ulduz" medalı

Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı — "Ay-Ulduz" medalı "Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında" Azərbaycan Respublikasının 7 iyul 1992-ci il tarixli, 201 nömrəli Qanunu ilə təsis edilmişdir.[3]

Əsas məqalə: "Qızıl Ulduz" medalı (Azərbaycan)

"Ay-Ulduz" medalı "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 6 fevral 1998-ci il tarixli, 429-IQD nömrəli Qanununa əsasən "Qızıl Ulduz" medalı ilə əvəz edilmişdir.[4]

Azərbaycanın Milli Qəhrəmanları

redaktə
Əsas məqalə: Azərbaycanın Milli Qəhrəmanlarının siyahısı

Əmək fəaliyyəti

redaktə

Azərbaycan Respublikasında Azərbaycanın Milli Qəhrəmanları olan işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.[5][6]

İstinadlar

redaktə
  1. ↑ 1 2 ""Azərbaycanın Milli Qəhrəmanı" adının müəyyən olunması haqqında" Azərbaycan Respublikasının 25 mart 1992-ci il tarixli, 331-XII nömrəli Qanunu Arxivləşdirilib 2018-03-06 at the Wayback Machine (az.)
  2. ↑ 1 2 "Azərbaycanın Milli Qəhrəmanı" adı haqqında Əsasnamə Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine (az.)
  3. ↑ "Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında" Azərbaycan Respublikasının 7 iyul 1992-ci il tarixli, 201 nömrəli Qanunu Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine (az.)
  4. ↑ "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 6 fevral 1998-ci il tarixli, 429-IQD nömrəli Qanunu Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine (az.)
  5. ↑ AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏK MƏCƏLLƏSİ
  6. ↑ "Azərbaycan Respublikasının Əmək Məcəlləsi>Maddə 120". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) ( (az.)). 11.01.2012. 2012-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.

Həmçinin bax

redaktə
  Vikianbarda Azərbaycanın Milli Qəhrəmanı ilə əlaqəli mediafayllar var.
  • "Qızıl Ulduz" medalı
  • "Ay-Ulduz" medalı
  • Vətən Müharibəsi Qəhrəmanı
  • "Vətən Müharibəsi Qəhrəmanı" medalı

Xarici keçidlər

redaktə
  • "Milli Qəhrəmanlarımız" kitabının təqdimatı olub
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azərbaycanın_Milli_Qəhrəmanı&oldid=8100147"
LOVE.AZ