. Love.az

Azerbaycanin Prezidenti Yaninda Ali Attestasiya Komissiyasi - Wikipedia - Love.az

Ana Səhifə - Azerbaycanin Prezidenti Yaninda Ali Attestasiya Komissiyasi
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) — Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası
  • Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası
Ümumi məlumatlar
Ölkə Azərbaycan Respublikası
Yaradılma tarixi 1992
Rəhbərlik
Famil Mustafayev
Rəsmi saytı aak.gov.az

Komissiya Azərbaycan Respublikasının Prezidentinə tabedir[1].

AAK 1992-ci ildə yaradılmışdır. Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının ilk sədri Əməkdar elm xadimi Rauf İsmayılov olmuşdur.

Ali Attestasiya Komissiyası nazirlik statusuna malik qurumdur.

2019-cu ilin iyun ayından komissiyaya professor Famil Mustafayev başçılıq edir.

Mündəricat

  • 1 Şuralar
  • 2 Rəhbərləri
  • 3 Həmçinin bax
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Şuralar

redaktə

Komissiyada aşağıdakı ekspert şuraları fəaliyyət göstərir:

  1. Biologiya elmləri və aqrar elmlər üzrə ekspert şurası Coğrafiya üzrə ekspert şurası
  2. Fəlsəfə, pedaqogika, psixologiya və sosiologiya elmləri üzrə ekspert şurası
  3. Filologiya elmləri üzrə ekspert şurası
  4. Fizika və astronomiya elmləri üzrə ekspert şurası
  5. Hüquq elmləri üzrə ekspert şurası
  6. İqtisad elmləri üzrə ekspert şurası
  7. Kimya elmləri üzrə ekspert şurası
  8. Riyaziyyat və mexanika elmləri üzrə ekspert şurası
  9. Sənətşünaslıq və memarlıq üzrə ekspert şurası
  10. Tarix və siyasi elmlər üzrə ekspert şurası
  11. Texnika elmləri (informatika və energetika sahələri) üzrə ekspert şurası
  12. Texnika elmləri (maşınqayırma və inşaat sahələri) üzrə ekspert şurası
  13. Tibb və əczaçılıq elmləri üzrə ekspert şurası
  14. Yer elmləri üzrə ekspert şurası

Rəhbərləri

redaktə
  • Rauf Əbdüləli oğlu İsmayılov (1992)
  • Azad Xəlil oğlu Mirzəcanzadə (1992–2002)
  • Arif Şəfaət oğlu Mehdiyev (2002–2016)
  • Famil Front oğlu Mustafayev (2018)

Həmçinin bax

redaktə
  • AMEA
  • Azərbaycanda elm və texnologiya
  • Azərbaycanda təhsil

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2016-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-30.

Xarici keçidlər

redaktə

Ali Attestasiya Komissiyasının rəsmi saytı

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ali_Attestasiya_Komissiyası_(Azərbaycan)&oldid=7750812"
LOVE.AZ