. Love.az

Azerbaycan Isvec Munasibetleri - Wikipedia - Love.az

Ana Səhifə - Azerbaycan Isvec Munasibetleri

Azərbaycan–İsveç münasibətləri — Azərbaycan Respublikası ilə İsveç Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr.

Azərbaycan-İsveç münasibətləri
Azərbaycan və İsveç
 Azərbaycan  İsveç

Mündəricat

  • 1 Tarixi
    • 1.1 AXC dövrü
  • 2 Diplomatik əlaqələr
  • 3 Parlamentlərarası əlaqələr
  • 4 İqtisadi əlaqələr
    • 4.1 Nobel qardaşları
  • 5 Ədəbi əlaqələr
  • 6 İdman sahəsində əməkdaşlıq
    • 6.1 Futbol qarşılaşmaları
  • 7 Həmçinin bax
  • 8 İstinadlar

Tarixi

redaktə

AXC dövrü

redaktə

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Persidskaya və Gubernskaya küçələrinin tinində İsveçin nümayəndəliyi yerləşmiş, nümayəndəliyə konsul R.K.Van-der-Pluq rəhbərlik etmişdir[1].

Diplomatik əlaqələr

redaktə

İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin may ayının 8-də qurulmuşdur[2].

İsveç Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir[3]. Hətta 1995-1996-cı illər ərzində ona əvvəlcə Rusiya ilə birlikdə İsveç həmsədrlik etmişdir[3].

Parlamentlərarası əlaqələr

redaktə

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İsveç parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir[4]. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Sudeif İmanverdiyev olmuşdur[5]. 4 mart 2016-cı il tarixindən Jalə Əliyeva işçi qrupunun rəhbəridir[4].

İqtisadi əlaqələr

redaktə

Nobel qardaşları

redaktə
Əsas məqalə: Branobel
 
İsveçli Nobel qardaşlarının XIX əsrdə Bakıda qurduqları şirkətin emblemi
  • Nobel qardaşları şirkətinin yaradılmasının 115 illiyinə həsr olunmuş Azərbaycan poçt markaları (1994)
  •  
  •  
  •  
  •  

Ədəbi əlaqələr

redaktə

İndiyə qədər üç Azərbaycan romanı İsveç dilində nəşr olunmuşur[6]. Bunlar 1973-cü ildə çap olunan Qurban Səidin "Əli və Nino", 2000-ci ildə çap olunan Çingiz Abdullayevin "Qaranlıq simfoniyası" və 2018-ci ildə çap olunan Vahid Qazinin "Çöl Qala" romanıdır[6]. "Çöl Qala" romanı "Kirayənişinlər" (isv. "Hyresgäster") adı ilə"Diktonius Text" nəşriyyatında çapdan çıxmışdır[6]. Romanı İsveç dilinə Umeo Universitetinin dosenti Səadat Kərimi çevirmişdir[6].

İdman sahəsində əməkdaşlıq

redaktə

Futbol qarşılaşmaları

redaktə
Əsas məqalə: Azərbaycan-İsveç futbol matçlarının siyahısı

Həmçinin bax

redaktə
  • Avropa Birliyi–Azərbaycan əlaqələri

İstinadlar

redaktə
  1. ↑ Xarici dövlətlərin Bakıda yerləşən nümayəndəlikləri Arxivləşdirilib 2018-05-27 at the Wayback Machine. axc.preslib.az  (az.)
  2. ↑ Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı Arxivləşdirilib 2017-08-05 at the Wayback Machine. mfa.gov.az  (az.)
  3. ↑ 1 2 ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlərə dair ümumi tarixi arayış Arxivləşdirilib 2017-05-26 at the Wayback Machine. lib.aliyevheritage.org, 31.01.2009  (az.)
  4. ↑ 1 2 "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Arxivləşdirilib 2017-11-25 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 4 mart 2016-cı il tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az  (az.)
  5. ↑ "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Arxivləşdirilib 2019-07-01 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-I QR nömrəli Qərarı. e-qanun.az  (az.)
  6. ↑ 1 2 3 4 İsveç dilində Azərbaycan romanı Arxivləşdirilib 2018-04-12 at the Wayback Machine. qafqazinfo.az, 09.04.2018  (az.)
Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.


   İsveç ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azərbaycan–İsveç_münasibətləri&oldid=7606398"
LOVE.AZ