. Love.az

Azerbaycan Sahmat Federasiyasi - Wikipedia - Love.az

Ana Səhifə - Azerbaycan Sahmat Federasiyasi

Azərbaycan Şahmat Federasiyası və ya qısaldılmış adı ilə AŞF — Azərbaycanda şahmata nəzarət edən rəsmi qurum.

Azərbaycan Şahmat Federasiyası
AŞF
Növü İdman Federasiyası
Yaranma tarixi 1920 (1992)
Rəsmi dili Azərbaycan dili
Mərkəzi Xaqani küçəsi 1, Bakı, Azərbaycan
Sədr Mahir Məmmədov
Üzvləri 1000+ (2012)
asf.org.az

1920-ci ildə Sovetlər Birliyi dövründə, Azərbaycan Şahmat Federasiyası yaradıldı. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ildə Azərbaycan Şahmat Federasiyası, Beynəlxalq Şahmat Federasiyası (FIDE)-ye üzv olmuşdur.

2002-ci ildə Bakıda Avropa çempionatı, 2003-cü ildə Naxçıvan Muxtar Respublikasında gənclər arasında dünya çempionatı keçirilmişdir. Azərbaycan şahmatçıları dünya və Avropa çempionatların da 33 qızıl, 25 gümüş, 24 bürünc medal qazanmışlar. 2007–2010 illərdə Bakıda bir neçə beynəlxalq yarış, qadınlar arasında beynəlxalq şahmat turniri, Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Qran-pri", "Prezident kuboku" beynəlxalq turnirləri, "Bakı Open — 2010" yarışları keçirilmişdir.

2007-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankın sədri Elman Rüstəmov federasiyanın prezidenti seçilmişdir. 2021-ci ildən federasiya prezidenti Mahir Məmmədovdur.

Mündəricat

  • 1 İcraiyyə Komitəsi
    • 1.1 Federasiyanin Prezidentləri
  • 2 Həmçinin bax
  • 3 Mənbə
  • 4 Xarici keçidlər

İcraiyyə Komitəsi

redaktə
  • Prezident: Mahir Məmmədov
  • Vitse-prezident: Faiq Həsənov

Federasiyanin Prezidentləri

redaktə
  • Aynur Sofiyeva — 2002–2007
  • Elman Rüstəmov — 2007–2021
  • Mahir Məmmədov — 2021–

Həmçinin bax

redaktə
  • Azərbaycanda şahmat
  • Azərbaycan Şahmat Çempionatı
  • Azərbaycan Şahmat Milli Komandası (kişilər)
  • Azərbaycan Şahmat Milli Komandası (qadınlar)

Mənbə

redaktə
  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 548. ISBN 978-9952-441-05-5.

Xarici keçidlər

redaktə
  • asf.org.az — rəsmi saytı
  • Azərbaycan Şahmat Federasiyası Arxivləşdirilib 2016-12-20 at the Wayback Machine
  • Elman Rüstəmov və Aynur Sofiyeva quruma sənədsiz rəhbərlik ediblər?
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azərbaycan_Şahmat_Federasiyası&oldid=7981784"
LOVE.AZ