Azərbaycan Aşıq Sənəti Muzeyi – Azərbaycanın Tovuz rayonunda yerləşən və Azərbaycan aşıq sənətinə həsr olunmuş muzey. Muzey Aşıq Hüseyn Bozalqanlının adını daşıyır.
Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi | |
---|---|
![]() | |
![]() | |
Əsası qoyulub | 1984 |
Açılış tarixi | 4 mart 2020 |
Mövzu | aşıq musiqisi |
Ölkə | |
Yerləşir | Tovuz rayonu |
40°59′08″ şm. e. 45°38′17″ ş. u.HGYO | |
![]() |
Muzey 1984-cü ildə ozan-aşıq muzeyi kimi yaradılmışdır. 22 mart 1990-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 116 saylı qərarına əsasən muzeyə dövlət statusu və Hüseyn Bozalqanlının adı verilmişdir.[1][2]
2013-cü ildə Nazirlər Kabinetinin 374 saylı sərəncamı ilə muzeyin yeni binasının tikintisinə başlanmışdır.[1][3] Yeni muzey binasının tikintisi 2019-cu ilin ikinci yarısında başa çatmışdır. Muzeyin açılışı 4 mart 2020-ci ildə baş tutmuşdur. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak etmişdir.[1] 2021-ci ildə muzeyin 1208 ziyarətçisi olmuş, muzeyə 52 ekskursiya təşkil olunmuşdur.[4]
Muzey dünyada aşıq sənətinə həsr olunmuş yeganə muzeydir. Muzey binasının ümumi sahəsi 3100 m² təşkil edir və üçmərtəbəlidir. Muzeydə 40 yerlik konfrans zalı, fond otaqları, süvenir otağı və kitabxana yerləşir. Muzeyin həyətində Fuad Məmmədov tərəfindən yaradılmış "Sənət Aşıqları" kompozisiyası yaradılmışdır.[1]
Muzeyin sərgi zalı 2-ci və 3-cü mərtəbələrdə yerləşir. Aşıq sənətinin tarixi burada xronoloji ardıcıllıq və bölgələr üzrə verilmişdir. Muzeyin 1–6-cı zalları aşıq sənətinin tarixinə, aşıq repertuarlarına, Heydər Əliyev Fonduna, aşıq sənətinin qorunması üçün görülmüş işlərə həsr olunmuşdur. 7–10-cu zallar aşıq mühiti haqqındadır: 7-ci zal Göyçə, Qarabağ və Naxçıvan aşıq mühitinə, 8-ci zal Gəncəbasar aşıq mühitinə, 9-cu zal Borçalı və Cənubi Azərbaycan aşıq mühitinə, 10-cu zal Şirvan aşıq mühitinə həsr olunmuşdur.[1] Muzeydə saz dərnəyi fəaliyyət göstərir.[4]
Muzeyin birinci mərtəbəsində muzey haqqında elektron məlumatlar, "Heydər Əliyev və aşıq sənəti" guşəsi və muzeyə adı verilmiş Hüseyn Bozalqanlının büstü yerləşir.[1] Muzeyin kolleksiyasına 2111 eksponat daxildir.[4] Eksponatlardan biri "Üçlük" aşıq kompozisiyasıdır.[5]