. Love.az

Azerbaycan Arxeoloji Komitesi - Wikipedia - Love.az

Ana Səhifə - Azerbaycan Arxeoloji Komitesi

Azərbaycan Arxeoloji Komitəsi (AAK; Азәрбајҹан Археоложи Комитәси) — Azərbaycan SSR-də tarixi abidələri qeydə almaq, mühafizə etmək və öyrənməklə məşğul olmuş komitə. Azərbaycan Arxeoloji Cəmiyyəti və Abidələri Mühafizə Komissiyasının birləşdirilməsi nəticəsində, 1923-cü ildə yaradılmışdır. Sədri Tağı Şahbazi Simurğ olmuşdur. Akademik Vasili Bartold komitəyə fəxri üzv seçilmişdi. 3 may 1925-ci ildə AAK-ın nizamnaməsi təsdiq olunmuşdur. AAK Abşeron, Lənkəran, Salyan və s. yerlərdə tədqiqat işləri aparmışdı. AAK-ın "Xəbərləri" nəşr olunurdu. 1927-ci ildə Azərbaycanda Asari-ətiqə, İncəsənət və Təbiəti Mühafizə Komitəsinə çevrilmişdir. 1930-cu ildə bu komitə ləğv olunmuş, səlahiyyəti abidələri mühafizə edən Azərbaycan mərkəzi idarəsinə verilmişdir.[1]

Azərbaycan Arxeoloji Komitəsi
Yaranma tarixi 1923
Ləğvolma tarixi 1927
Mərkəzi
  • Bakı
Sədr Tağı Şahbazi Simurğ

İstinadlar

redaktə
  1. ↑ Азәрбајҹан Археоложи Комитәси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 134.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azərbaycan_Arxeoloji_Komitəsi&oldid=6352924"
LOVE.AZ