. Love.az

Azerbaycan Dovlet Kukla Teatri - Wikipedia - Love.az

Ana Səhifə - Azerbaycan Dovlet Kukla Teatri

Azərbaycan Dövlət Kukla Teatrı – 1931-ci ildə Bakıda uşaqlar üçün yaradılmışdır. Ayrı-ayrı illərdə (1931–1941; 1946–1950) müstəqil teatr kimi, müəyyən çağlarda isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (1941–1946) və Azərbaycan Dövlət Filarmoniyası yanında (1950 ildən) fəaliyyət göstərmişdir. 1965-ci ildən müstəqil teatrdır.[1]

Azərbaycan Dövlət Kukla Teatrı
Xəritə
40°22′12″ şm. e. 49°50′16″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir Neftçilər prospekti, 36
Aidiyyatı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Memar Yuzef Ploşko
Tikilmə tarixi 1910
Üslubu Neoklassik memarlıq
Vəziyyəti stabil
Rəsmi sayt kuklateatri.com/index.ht…
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.140
KateqoriyaTeatr
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Kukla Teatrı (Bakı)
Nöqtə
Kukla Teatrı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Ümumi məlumat
  • 2 Tamaşalar haqqında
  • 3 Həmçinin bax
  • 4 Mənbə
  • 5 Xarici keçidlər

Ümumi məlumat

redaktə

İndiki Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının əsasını 1931-ci ildə Mollağa Bəbirli qoymuşdur. Bu teatrın ilk tamaşası 1932-ci ildə ("Sirk" adlı tamaşa) göstərilmişdir. Müxtəlif illərdə (1931–1941-ci illər); (1946–1950-ci illər) müstəqil teatr kimi, müəyyən dövrlərdə isə Azərbaycan Gənc tamaşaçılar teatrı (1941–1946-cı illər) və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində (1950-ci ildə) fəaliyyət göstərmişdir. Azərbaycan və rus bölmələri var. 1964-cü il aprel ayının 15-də teatra "Dövlət" statusu verilib. 1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir.

Tamaşalar haqqında

redaktə
 
1912-ci ildə teatr.
 
Gecə ərzində teatr.

Azərbaycan Dövlət Kukla Teatrının azərbaycan dili və rus dili bölmələri var. İlk dövrlərdə teatrda Azərbaycan, rus və Qərbi Avropa dramaturqlarının pyesləri (sadələşdirilmiş şəkildə), Azərbaycan şifahi xalq ədəbiyyatı motivləri əsasında tərbiyəvi əhəmiyyətli əsərlər tamaşaya qoyulmuşdur: "Hacı Qara" (M. F. Axundov), "Zorən təbib" (J. B. Molyer), "Almas" (C. Cabbarlı), "Böyük İvan" (S. V. Obraztsov), "İsgəndər və Çoban (tamaşa)", "Cırtdan", "Nərgiz" (M. Seyidzadə) və s.

60-cı illərdən teatr repertuarını azyaşlı uşaqların, məktəblilərin səviyyəsinə uyğun qurur. 1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir. "Üç nağıl" (Abdulla Şaiq), "Göyçək fatma" (M. Dilbazi), "Artıq tamah baş yarar" (Ə. Səmədov), "Keçinin qisası" (Ə. Abbasov), "Əkiz qardaşlar" (H. Ziya), "Bu kimin evidir?" (R. Heydər), "Meşə nağıl" (T. Mütəllibov), "Balaca qızcığaz Tino" (L. Babinskaya), "Gözəl Vasilisa" (Y. Z. Çernyak), "Qaravəlli" (Anar), "Üç gombul" (Y. Oleşa), "Pəri cadu" (Ə. Haqverdiyev), "Qarınqulu Zürafə" (Y. Torbai), "Qar qız" (A. A. Ostrovski) və s. teatrın ən yaxşı tamaşalarındandır.

Həmçinin bax

redaktə
  • Azərbaycan teatrlarının siyahısı
  • Fenomen sinematoqrafının binası
  • Gəncə Dövlət Kukla Teatrı
  • Qax Dövlət Kukla Teatrı

Mənbə

redaktə
  1. ↑ "Teatr". 2012-02-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-08-17.

Xarici keçidlər

redaktə
  Vikianbarda Azərbaycan Dövlət Kukla Teatrı ilə əlaqəli mediafayllar var.
  • Azərbaycan Dövlət Kukla Teatrının rəsmi saytı Arxivləşdirilib 2012-12-04 at the Wayback Machine
  • Teatr haqqında əlavə məlumatlar Arxivləşdirilib 2013-12-16 at the Wayback Machine
  • Kukla Teatrında "Melodiya"
  • Səda — "Melodiya" adlı səssiz tamaşanın premyerası keçirilib (28.04.2016)
  • Kukla Teatrı Yunanıstanda Azərbaycan mədəniyyəti həftəsində iştirak edib
  • Qurban Məsimov və Rəhim Rəhimov "Günə doğru"da
  • …
  • 86 illik teatr, "Turpun nağılı", nəhəng kuklalar…
  • Kukla Teatrının drondan çəkilişi.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azərbaycan_Dövlət_Kukla_Teatrı&oldid=8074073"
LOVE.AZ