. Love.az

Azerbaycan Dovlet Usaq Filarmoniyasi - Wikipedia - Love.az

Ana Səhifə - Azerbaycan Dovlet Usaq Filarmoniyasi

Azərbaycan Dövlət Uşaq Filarmoniyası — Bakıda fəaliyyət göstərən filarmoniya. Uşaqlar üçün incəsənətin müxtəlif sahələri üzrə təhsil və özfəaliyyət mərkəzidir. Filarmoniya Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindədir.

Azərbaycan Dövlət Uşaq Filarmoniyası
Loqonun şəkli
Filarmoniyanın loqosu
Yerləşməsi
40°23′03″ şm. e. 49°49′33″ ş. u.HGYO
Ölkə Azərbaycan Azərbaycan
Yerləşir Bakı şəhəri, Yasamal rayonu
Ünvan Bəsti Bağırova 16, AZ1065
Metro M 2 Nizami metrostansiyası
Tarixi
Əsası qoyulub 2 sentyabr 1991
Filarmoniya binası
Təmir olunub 2018–2019
Heyət
Direktor Dilarə Əliyeva
Digər məlumatlar
Telefon +99412 436 97 82
Sayt aduf.az

Tarixi və fəaliyyəti

redaktə

Azərbaycan Dövlət Uşaq Filarmoniyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 1991-ci il tarixli 291 saylı qərarı ilə yaradılmış, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 18 oktyabr 1991-ci il tarixli 361 saylı əmri ilə rəsmiləşdirilmişdir.[1]

Filarmoniyada iki əsas orkestr — Uşaq Simfonik Orkestri və Uşaq Xalq Çalğı Alətləri Orkestri[2], 1991-ci ildə təşkil olunmuş rəqs kollektivi, 2013-cü ildən fəaliyyət göstərən uşaq teatr studiyası, 2012-ci ildən "Şəms" uşaq xoru və kamera ansamblı, nəfəsli alətlər ansamblı, rəsm dərnəyi və başqa kollektivlər fəaliyyət göstərir.[3]

İl ərzində filarmoniyada 4–18 yaş aralığında 500-dən artıq uşaq incəsənətin müxtəlif sahələri üzrə təhsil alır, fəaliyyət göstərirlər. Onlar arasında fərqlənənlər dünyanın müxtəlif ölkələrinin konsert salonlarında çıxış etmiş, beynəlxalq festival və müsabiqələrdə laureat adlarını qazanmışlar.[1]

Filarmoniyanın binası 2018–2019-cu illərdə əsaslı şəkildə təmir olunmuş, 21 may 2019-cu ildə açılışı olmuşdur.[4]

2012-ci ildən Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Dilarə Əliyevadır.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 "Azərbaycan Dövlət Uşaq Filarmoniyası — Tarix və haqqında". aduf.az. Azərbaycan Dövlət Uşaq Filarmoniyası. 19 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2021.
  2. ↑ "Dövlət Uşaq Filarmoniyasının təmir və yenidənqurma işlərindən sonra açılışı olub". azertag.az. Azərbaycan Dövlət İnformasiya Agentliyi. 21 may 2019. 19 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2021.
  3. ↑ "Uşaqlara sevgi və sənət aşılayan məkan". "Mədəniyyət" qəzeti. 30 dekabr 2015. səh. 9. 19 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2021.
  4. ↑ "Azərbaycan Dövlət Uşaq Filarmoniyası binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı oldu". mct.gov.az. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 21 may 2019. 19 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2021.

Xarici keçidlər

redaktə
  • Azərbaycan Dövlət Uşaq Filarmoniyası — Facebook səhifəsi
  • Azərbaycan Dövlət Uşaq Filarmoniyası — Instagram səhifəsi
  • Azərbaycan Dövlət Uşaq Filarmoniyası — YouTube kanalı
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azərbaycan_Dövlət_Uşaq_Filarmoniyası&oldid=7223406"
LOVE.AZ