. Love.az

Azerbaycan Kanoe Ve Avarcekme Federasiyasi - Wikipedia - Love.az

Ana Səhifə - Azerbaycan Kanoe Ve Avarcekme Federasiyasi

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası — Azərbaycanda İdman Federasiyası. Federasiyanın prezidenti Vüqar Əhmədovdur.[1]

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası
Yaranma tarixi 1939
Rəsmi dili
  • Azərbaycan dili
Mərkəzi
  • Bakı
Yarandığı yer Bakı
Prezident Vüqar Əhmədov

Mündəricat

  • 1 Tarixi ənənələr
  • 2 Uğurlar və mükafatlar
  • 3 Həmçinin bax
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Tarixi ənənələr

redaktə

Azərbaycanda avarçəkmə növləri hələ 1936-cı ildən Bakı buxtası akvatoriyasında inkişaf etməyə başlayıb. Bundan üç il sonra üç yaxt-klub istifadəyə verilib. 1960-70-ci illərdə avarçəkmə ilə 11 idman təşkilatı məşğul olurdu. Azərbaycan avarçəkənləri 1980-ci ilin aprelində Mingəçevir şəhərində keçmiş Sovet İttifaqı miqyasında birləşmiş ərazi-inzibati eksperimental Olimpiya ehtiyatları mərkəzinin yaradılmasından sonra dünyada şöhrət qazanmağa başladılar.

Uğurlar və mükafatlar

redaktə

1980-ci ildən başlayaraq avarçəkənlərimiz nəinki Avropa və dünya çempionatları, hətta Olimpiya Oyunlarında medallar qazanmağa başladılar.

Akademik avarçəkənimiz Vasili Yakuşa 1980-ci il Moskva Yay Olimpiya Oyunlarında gümüş, 1988-ci il Seul Olimpiadasında isə bürünc medal qazandı. Moskva Olimpiadasında baydarka və kanoeçilərimiz Gennadi Kryuçkin, Viktor Pereverzov və Aleksandr Lukyanov, Seul Olimpiadasında isə Aleksandr Lukyanov gümüş medala sahib çıxdı.

1982-ci ildə güləş, cüdo, boks üzrə cəmi 1 beynəlxalq dərəcəli idman ustamız var idisə, avarçəkmədə bu göstərici 7 nəfərə çatmışdı. Məhz möhkəm özülün nəticəsidir ki, hələ 1980-ci illərin sonlarında avarçəkmə növləri üzrə beynəlxalq dərəcəli idman ustalarının sayı ölkənin ümumi beynəlxalq dərəcəli ustalarının 26 faizini təşkil edirdi.

Həmçinin bax

redaktə
  • Beynəlxalq Kanoe Federasiyası
  • Beynəlxalq Avarçəkmə Federasiyası

İstinadlar

redaktə
  1. ↑ "Vüqar Əhmədovun rəhbəri olduğu federasiyanın adı dəyişdirildi". 2022-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-29.

Xarici keçidlər

redaktə
  • http://www.akaf.az Arxivləşdirilib 2016-04-11 at the Wayback Machine
  • Azərbaycanda avarçəkmə: dünən, bu gün, sabah...
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azərbaycan_Kanoe_və_Avarçəkmə_Federasiyası&oldid=8110472"
LOVE.AZ