. Love.az

Azerbaycan Kikboksinq Federasiyasi - Wikipedia - Love.az

Ana Səhifə - Azerbaycan Kikboksinq Federasiyasi

Azərbaycan Kikboksinq Federasiyası (qısa adı:AKF) — 1993-cü ildə yaradılmış idman federasiyası.

Azərbaycan Kikboksinq Federasiyası
Növü İdman Federasiyası
Yaranma tarixi 1993
Qeydiyyat tarixi 1993
Rəsmi dili Azərbaycan
Mərkəzi AZ-1033, Bakı şəhəri,
Sədr Adil Əliyev

Mündəricat

  • 1 Tarixi
  • 2 Üzvü olduğu təşkilatlar
  • 3 Rəhbərlik
  • 4 İstinadlar

Tarixi

redaktə

Federasiya 1993-cü ildə Azərbaycan Respublikası Əməkdar Xadimi, Uşu Federasiyasının prezidenti Azər Həsənsoy tərəfindən yaranmışdır[1]. İlk yarananda federasiyanın adı Azərbaycan Kikboksinq Federasiyası idi. Bir il sonra isə adı Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyası olaraq dəyişdirilmişdir.

1999-cu ildə Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyasının Prezidenti olan Azər Həsənsoy tərəfindən Milli komandanın rəisi və beynəlxalq əlaqələr üzrə menecer vəzifəsinə Sadıx Bağırov təyin olunmuşdur.

2000-ci ildə Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyasının Prezidenti Millət Vəkili Adil Əliyev seçilmişdir.

2000-ci ildə AKMF-nın 1-ci Vitse-Prezidenti Oqtay Mehtiyev təyin olunmuşdur (2008-ci ildə istefaya verdi). 2001-ci ildə Namiq Əsgərov və Ramiz Quliyev AKMF-nın Vitse-Prezident vəzifələrinə təyin olunublar[1]. 2008-ci ildə Güloğlan Cabbarov Azərbaycan Kikboksinq Federasiyasının Vitse-Prezidenti təyin olunmuşdur.

12 dekabr 2008-ci ildə İdarə Heyətinin qararı ilə Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyası iki müstəqil təşkilatlara bölünub: Azərbaycan Kikboksinq Federasiyası və Azərbaycan Muaytay Tayboks Federasiyası.[1]

Üzvü olduğu təşkilatlar

redaktə
  1. (1995-indi) — WAKO-nun (World Association of Kickboxing Organization) rəsmi üzvü.
  2. (1997–2002) — İAKSA-nın (International Amateur Kickboxing Sport Association) rəsmi üzvü.
  3. (1999–2009) — WPKA-nın (World Profi Kickboxing Association) rəsmi üzvü.

Rəhbərlik

redaktə
  • Prezident: Orxan Əliyev[2]
  • Vitse-Prezident: Ramal Aslanov
  • Baş menecer və Milli komandanın rəisi: Sadıx Bağırov
  • Katib: Rüstəm Rüstəmov
  • GİN-də kurator: Tofiq Eyvazov

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 "Kikboksinq Azərbaycanda". 2012-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-09.
  2. ↑ "Azərbaycan Kikboksinq Federasiyasına yeni prezident seçildi" (az.). qafqazinfo.az. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-30.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azərbaycan_Kikboksinq_Federasiyası&oldid=7528087"
LOVE.AZ