. Love.az

Azerbaycan Muellimler Institutunun Mingecevir Filiali - Wikipedia - Love.az

Ana Səhifə - Azerbaycan Muellimler Institutunun Mingecevir Filiali
Bu adın digər istifadə formaları üçün bax: Azərbaycan Müəllimlər İnstitutu (dəqiqləşdirmə).

Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı — 2000-2015-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olnuş ali təhsil müəssisəsi[1].

Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı
Şəhər Mingəçevir
Ölkə
  •  Azərbaycan

Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı[2] ilə Mingəçevir Politexnik Texnikumunun və Azərbaycan Maliyyə-İqtisad Kollecinin Xocalı filialının bazasında yaradılmışdı.

Filialda 3 fakültə - "Pedaqoji məktəbəqədər təhsilin pedaqogikası və metodikası", "İxtisasartırma" və "Yenidənhazırlama"; 5 kafedra - "Riyaziyyat və informatika", "Təbiət fənləri", "Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası", "Xarici dillər", "Pedaqoji və ictimai fənlər" kafedraları var idi.

Filialda 6 ixtisas üzrə (riyaziyyat və informatika; riyaziyyat və fizika; məktəbəqədər təhsilin pedaqogikası və metodikası; Azərbaycan dili və ədəbiyyatı; ingilis dili) bakalavr səviyyəsində ilkin pedaqoji kadr hazırlığı aparılırdı.

Filialın əsas fəaliyyət sahələrindən biri müəllimlərin ixtisasının artırılması və təkmilləşdirilməsi olmuşdur. Filialda dislokasiya üzrə 7 rayonun (Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Ucar, Bərdə, Tərtər) pedaqoji kadrları ikitərəfli müqaviləyə əsasən ixtisasartırma və təkmilləşdirmə təhsilinə cəlb olunurdu.

Filial Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına əsasən ləğv edilmişdir.[3] Filialın maddi-texniki bazasının Mingəçevir Dövlət Universitetinin balansına verilmişdir.[4]

Mənbə

redaktə
  • Filiallar Arxivləşdirilib 2010-02-13 at the Wayback Machine

İstinadlar

redaktə
  1. ↑ ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı. Arxivləşdirilib 2018-12-29 at the Wayback Machine  (az.)
  2. ↑ "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli Fərmanı. e-qanun.az Arxivləşdirilib 2014-11-09 at the Wayback Machine  (az.)
  3. ↑ "Mingəçevir Dövlət Universitetinin yaradılması barədə" Arxivləşdirilib 2021-01-18 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamı. 24.07.2015, president.az  (az.)
  4. ↑ "Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filiallarının ləğvi və “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Arxivləşdirilib 2015-07-27 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Fərmanı. 24.07.2015, president.az  (az.)
Universitet haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Azərbaycan_Müəllimlər_İnstitutunun_Mingəçevir_filialı&oldid=7404884"
LOVE.AZ