Futbol üzrə Azərbaycan Kuboku 1992 — Futbol üzrə Azərbaycan kubokunun ilk mövsümüdür. "İnşaatçı"(Bakı) finalda "Kür"(Mingəçevir) klubunu məğlub edərək ilk turnirin qalibi kimi tarixə düşüb.
1992 Azərbaycan Kuboku | |||
---|---|---|---|
Ölkə |
![]() |
||
Komandalar | 12 | ||
Çempion | İnşaatçı (Bakı) | ||
Finalçı | Kür (Mingəçevir) | ||
Oyun sayı | 11 | ||
Qol sayı | 32 (hər oyuna ortalama qol 2.91) | ||
|
1-ci Azərbaycan kuboku cəmi 12 komandanın iştirakı ilə baş tutmuş və hər mərhələnin duelləri bir matçdan ibarət olmuşdur. 4 cüt 1/8 finalda qarşılaşıb, növbəti mərhələdə gözləyən 4 iştirakçının rəqiblərini müəyyənləşdirməli idi. 2 birinci liqa klubunun da mübarizə apardığı, iştirakçılarından 5-nin paytaxtı təmsil etdiyi yarışın diqqətçəkən məqamlarından biri çempionatda iddialılardan sayılan "Qarabağ"ın ilk kuboka qatılmamasıdı. Turnirə gəlincə, Neftçala "Pambıqçı"sının futbolçusu Elnur Əsgərov "Nicat"la görüşdə hesabı açaraq, ölkə kuboku tarixinə ilk qolun müəllifi kimi düşüb[1].
15 avqust 1992 |
|
15 avqust 1992 |
|
15 avqust 1992 |
|
15 avqust 1992 |
|
20 avqust 1992 |
|
20 avqust 1992 |
|
20 avqust 1992 |
|
20 avqust 1992 |
|
22 avqust 1992 |
|
23 avqust 1992 |
|
Final oyunu 29 avqust 1992-ci ildə keçirilmişdir. Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşmada "İnşaatçı" (Bakı) "Kür" (Mingəçevir) komandasına əlavə vaxtda 2:1 hesabı ilə qalib gələrək ilk kubokun sahibi olmuşdur. Həmin qarşılaşmanı 4 min tamaşaçı izləmişdir. Oyunun baş hakimi Gülağa Cabbarov olmuşdur.
30 avqust 1992 |
|
Tofiq Bəhramov adına Respublika Stadionu Tamaşaçı: 4000 |
Futbol haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |