Azərbaycan Premyer Liqası 2025/2026 — futbol üzrə Azərbaycan Premyer Liqasının 34-cü mövsümüdür. Əvvəlki mövsümlərdən fərqli olaraq 2025/2026-cı illər mövsümündən legioner limitinin ləğvi qərara alındı və öz ölkəsinin milli komandasının üzvü olub-olmamasından asılı olmayaraq, bütün legionerlərə rüsum tətbiq ediləcək. Həmçinin heyətində yerli futbolçular oynadan klublara xüsusi hesablama metodu ilə bonus ödəniləcək. Bonuslar legioner rüsumundan əldə ediləcək vəsaitdən veriləcək.[1] Bu mövsümdən komanda sayının 10-dan 12-yə artırılması qərara alınıb.[2]
Azərbaycan Premyer Liqası 2025/2026 | |
---|---|
![]() | |
Sezon | 2025/2026 |
Komanda sayı | 12 |
2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında 11-ci yeri tutan komanda ilə I Liqada 2-ci pillədə qərarlaşan klub arasında neytral meydanda bir oyunluq pley-off qarşılaşması baş tutacaq. Qalib komanda növbəti mövsümdə Premyer Liqada çıxış etmək hüququ qazanacaq. Sonuncu yeri tutan klub I Liqaya düşəcək, aşağı dəstənin çempionu isə birbaşa Premyer Liqaya vəsiqə əldə edəcək.[3]
Mövsüm öncəsində AFFA-nın Lisenziya Komissiyasının 8 may 2025-ci ildə keçirilmiş iclasında Premyer Liqanın 2025/2026 mövsümünün yarışlarında iştirak etmək üçün "Baku Sportinq", "Difai", "İmişli", "Karvan", "Kəpəz", "Qəbələ", "Səbail" və "Şamaxı" klublarına lisenziya verilib.[4]