Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi müəlliflik hüququ, əlaqəli hüquqlar, Azərbaycan folkloru nümunələrinə, inteqral sxem topologiyalarına və məlumat toplularına əqli mülkiyyət hüquqları (bundan sonra "əqli mülkiyyət hüquqları") sahəsində dövlət siyasətini həyata keçirən, normativ-hüquqi tənzimlənməni, əqli mülkiyyət sahəsinin inkişafını təmin edən, bu sahədə fəaliyyəti əlaqələndirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Əqli Mülkiyyət Agentliyi | |
---|---|
| |
![]() Əqli Mülkiyyət Agentliyinin loqosu | |
Ümumi məlumatlar | |
Ölkə |
![]() |
Yaradılma tarixi | 20 aprel 2018 |
Tabelik | Azərbaycan Respublikasının Prezidenti[1] |
Ünvan | Bakı şəhəri, Üzeyir Hacıbəyli 84, Hökumət Evi, giriş 5, mərtəbə 1 |
Rəhbərlik | |
Rəhbər | |
|
|
Rəsmi saytı |
Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və öz Əsasnaməsini rəhbər tutur.
Agentlik öz fəaliyyətini digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə ictimai birliklər və digər hüquqi şəxslərlə əlaqəli şəkildə qurur.
20 aprel 2018-ci ildə İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılıb.[4]
Müstəqil Dövlətlər Birliyinin Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şurasında Azərbaycan Respublikası tərəfindən səlahiyyətli qurum Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi müəyyən edilib[5]
Agentliyin strukturuna rəhbərlik, Müəllif hüquqlarının qorunması, əqli mülkiyyət hüquqları obyektlərinin qeydiyyatı və əmlak hüquqları, iqtisadiyyat və maliyyə, ümumi işlər sahələri üzrə şöbə və sektorlar daxildir.