Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti — Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur.
Dövlət Vergi Xidməti | |
---|---|
| |
![]() | |
Ümumi məlumatlar | |
Ölkə |
![]() |
Yurisdiksiya | Azərbaycan Respublikası |
Yaradılma tarixi | 23 oktyabr 2019 |
Əvvəlki qurum | Azərbaycan Respublikası Vergilər Nazirliyi |
Tabelik | İqtisadiyyat Nazirliyi |
Baş qərargah |
Bakı![]() |
Ünvan | Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti 155, AZ1029 |
Rəhbərlik | |
Rəis | Orxan Nəzərli |
Rəis müavinləri |
İlkin Vəliyev Samirə Musayeva Emil Qarayev |
|
|
Rəsmi saytı | taxes.gov.az |
![]() |
1919-cu il iyunun 17-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin qəbul etdiyi qərarla Maliyyə Nazirliyinin nəzdində Vergi Müfəttişliyinin təsis olunması ilə Azərbaycanda vergi xidmətinin ilk fəaliyyəti başlanmışdır.
1920–1991-ci illərdə Azərbaycan SSRİ-nin tərkibində olduğundan, həmin dövrdə vergi məsələləri Sovet İttifaqının vergi qanunları ilə tənzimlənmişdir.
1990-cı ilin iyul ayında yenidən müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasında vergilərin və digər icbari ödənişlərin tam və vaxtında səfərbər olunması, hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına dövlət nəzarətinin təmin edilməsi məqsədilə Respublika Maliyyə Nazirliyinin tərkibində vergi xidməti yaradılmışdır.
1991-ci ilin oktyabrında vergi qanunvericiliyinə riayət olunmasına nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət vergi xidmətinin rolunun gücləndirilməsi, onun müstəqil fəaliyyətinin və nəzarət işlərinin obyektivliyinin təmin edilməsi məqsədilə bu xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarılmış və müstəqil orqan, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başlamışdır.
11 fevral 2000-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilmiş, onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Vergilər Nazirliyi yaradılmışdır.[1]
23 oktyabr 2019-cu ildə "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi" haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti yaradılıb.[2]
12 may 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsasnaməsi təsdiq edilib.[3]
3 iyul 2020 – Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsində dəyişiklik edilib.[4]
6 may, 2021-ci il – Dövlət başçısının sərəncamı ilə Orxan Nəzərli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilib.[5]
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır:[6]
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əsasnaməsinə uyğun olaraq, öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqları vardır.[3]
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumlar:
19 iyul 2001-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi ümummilli lider Heydər Əliyevin imzaladığı "Dövlət vergi orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair 539 nömrəli Fərmana əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 90 nömrəli qərarı ilə yaradılmışdır.[9]
Tədris Mərkəzinin yeni kompleksi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Şamaxı rayonunun Nağaraxana kəndində inşa edilib. 2011-ci ilin sentyabr ayının 13-də dövlət başçısı İlham Əliyevin iştirakı ilə müasir memarlıq üslubunda tikilmiş kompleksin açılışı olub.[10]
Mərkəz yeni informasiya texnologiyalarından istifadə imkanlarını verən texniki avadanlıqlarla və müasir təlim proseslərinin həyata keçirilməsi üçün zəruri vasitələrlə təchiz edilib. Tədris Mərkəzi Şamaxıda yerləşən yeni inzibati binada öz fəaliyyətini davam etdirir. Mərkəzin məqsədi dövlət vergi orqanlarında çalışan əməkdaşların bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsini və təkmilləşdirilməsini, praktiki iş və idarəetmə qabiliyyətinə, yeni texnologiyalara və texniki vasitələrlə iş vərdişlərinə yiyələnməsini, eləcə də daim dəyişən və yeniləşən əmək şəraitinə uyğunlaşmasını təmin etmək üçün təhsil proseslərini həyata keçirməkdir.
Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı (2005–2007-ci illər)[11]
Vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı Konsepsiyası (2011–2015-ci illər)[12]
"Vergilər.az" onlayn qəzeti[13]
11 fevral 2000-ci ildən "Vergilər" qəzeti dərc edilməyə başlayıb. 1 yanvar 2019-cu ildən "Vergilər" qəzetinin çap versiyasını əvəz edən "Vergiler.az" onlayn qəzet fəaliyyətə başlayıb. "Vergilər.az" onlayn qəzeti iqtisadi proseslər, vergi sahəsində baş verən yeniliklər barədə xəbərlər, məqalələr və müsahibələrin yer aldığı onlayn xəbər resursudur.[14]
"Azərbaycanın vergi jurnalı"[15]
1 iyul 2003-cü ildə "Azərbaycanın vergi jurnalı" Vergilər Nazirliyi tərəfindən təsis edilib. Jurnal rübdə bir dəfə 158 səhifə həcmində 1000 nüsxə tirajla nəşr edilir "Azərbaycanın vergi jurnalı" Dövlət Vergi Xidmətinin resenziyalı elmi nəşridir. Jurnalda əsasən vergiqoymanın müasir problemlərini və vergi işinin ümumkonseptual məsələlərini optimal nəzəri və praktiki uzlaşmada elmi-metodoloji cəhətdən ifadə edən məqalələrin dərcinə üstünlük verilir. Həmçinin iqtisadiyyatın digər sahələrilə bağlı yazılmış orijinal məqalələrin dərcinə də yer verilir.
Dünya Bankı tərəfindən hazırlanmış biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən "Doing Business 2019" hesabatında Azərbaycan Respublikasının mövqeyi 190 ölkə arasında 25-ci yerə yüksəlib. "Doing Business 2019" hesabatında 2 indikator "Biznesə başlama" (Starting business)[16] (11) və "Vergilərin ödənişi" (Paying taxes)[17]birbaşa vergi məsələlərinə aiddir. Ölkəmiz hər iki göstərici üzrə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb, "Biznesə başlama" üzrə son bir ildə 18-ci yerdən 9-cu yerə[18], "Vergilərin ödənilməsi" indikatoru üzrə 35-ci yerdən 28-ci yerə yüksəlib.[19]
"Doing Business" hesabatlarında "Biznesə başlama" indeksi üzrə göstərici
"Vergilərin ödənilməsi" indeksi üzrə göstərici
Dövlət müşaviri heyəti | ||||
---|---|---|---|---|
Poqon | ||||
Rütbə | 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (3-cü dərəcəli dövlət ədliyyə müşaviri) |
2-ci dərəcəli dövlət vergi xidməti müşaviri | 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri | Həqiqi dövlət vergi xidməti müşaviri |
Ekvivalentliyi | General-mayor | General-leytenant | General-polkovnik | Ordu generalı |
Vikianbarda Dövlət Vergi Xidməti ilə əlaqəli mediafayllar var. |