Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA və ya BOEMDA) — Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələri və onlardan səmərəli istifadə sahəsində fəaliyyətin təşkilini və tənzimlənməsini təmin edən, dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikası Energetika Nazirliyinin strukturuna daxil olan qurumdur.
Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi | |
---|---|
(AREA) | |
![]() | |
Ümumi məlumatlar | |
Ölkə |
![]() |
Yaradılma tarixi | 22 sentyabr 2020 |
Tabelik | Energetika Nazirliyi (Azərbaycan) |
Ünvan | Hökumət Evi, Ü.Hacıbəyli küç. 84, Bakı, AZ 1000 |
Rəhbərlik | |
Direktor | Cavid Abdullayev |
|
|
Rəsmi saytı | area.gov.az |
16 iyul 2009-cu ildə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb.[1]
Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1 iyun 2012-ci il il Fərmanı ilə yaradılıb.[2]
Şirkət Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin əsasında yaradılıb. Ləğv edilmiş Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin əmlakı Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinə verilib. Şirkətin yenidən təşkili və (və ya) ləğv edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilirdi.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 01 fevral tarixli, 810 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır.
2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla agentlik ləğv olunub.[3]
22 sentyabr 2020-ci ildə Prezident İlham Əliyev "Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında və "Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" fərman imzalayıb. Fərmana əsasən, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb.[4]
Agentlik beynəlxalq münasibətlərində "AREA" akkronimindən istifadə edir. Akkrominim açıqlaması ingilis dilində belədir: Azerbaijan Renewable Energy Agency.
Eyni zamanda, dövlət proqramlarında "Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi Qaydası"nda "BOEMDA" akkronimindən istifadə olunub.
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi — Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 sentyabr tarixli, 1159 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında yaradılmışdır. Energetika Nazirliyinin strukturuna daxil olan qurumdur. Dövlət Agentliyi 4 şöbədən ibarətdir və 40 ştat vahidi mövcuddur.
"Azalternativenerji" MMC
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |